Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin pandemiyaya hazırlıq indeksi – Azərbaycan son sıralarda

Azərbaycan koronavirusa hazırlıq reytinqində sonuncu yerlərdə qərarlaşıb...

Strateq.az “TASS”-a istinadla xəbər verir ki, Norveç, İsveçrə, İrlandiya, Almaniya və Çinin xüsusi inzibati bölgəsi olan Honq-Konq koronavirus pandemiyası üçün ən hazırlıqlı ölkələrin siyahısında yer alıb.

Rusiya 189 dövlət arasında 49-cu yeri tutub.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının açıqladığı cədvəldə sonuncu yeri Niger tutur, ondan əvvəl Mərkəzi Afrika Respublikası, Çad, Cənubi Sudan və Burundi gəlir.

Reytinqdə Rusiya Belarus, Qazaxıstan, Azərbaycan, Ukrayna və Gürcüstanı xeyli qabaqlayır.

Ən çox infeksiyaya yoluxan ölkələrə gəldikdə, ABŞ – 16, İtaliya – 29, İspaniya – 25, Fransa – 27 və Çin – 85-ci, İran isə 65-ci yerdədir.

“Reytinqin tərtib olunduğu göstəricilərə inkişaf səviyyəsi, səhiyyə sisteminin vəziyyəti və internetə giriş daxildir. Bu meyarlar ölkənin COVID-19 kimi böhran zamanı ortaya çıxan bir çox problemlərin öhdəsindən necə gələ biləcəyini göstərir”, – deyə BMT hesabatında bildirilib. Belə ki, ən inkişaf etmiş ölkələrdə hər 10 min nəfər üçün orta hesabla 55 xəstəxana yeri, 30 həkim, 81 tibb bacısı, ən az inkişaf etmiş yerlərdə – 7 xəstəxana yeri, 2.5 həkim və 6 tibb bacısı var.

Həmçinin, əhalinin 85,5%-i, yəni dünya əhalisinin 6,5 milyard nəfərinin hələ də internetə çıxışı yoxdur, bu da onların karantin zamanı işləməsinə və təhsil almasına mane olur.

Ölkələrin epidemioloji böhrana hazırlığı ilə yanaşı, BMT ölkələrin sosial-iqtisadi zəifliyini də araşdırıb. Bu sıralamada da cədvəldə ilk beşlik dəyişməz olaraq qalıb: Norveç, İsveçrə, İrlandiya, Almaniya və Honq-Konq.

MDB-nin digər ölkələri, habelə Ukrayna, Latın Amerikası və Afrika ölkələrinin əksəriyyəti, habelə bəzi Asiya ölkələrinin Rusiyaya nisbətən böhranlara az hazır olduğu ortaya çıxıb.

İqtisadi böhrana ən çox həssas olanlar, BMT-nin hesablamalarına görə, iqtisadiyyatının şaxələndirilməyən kasıb ölkələrdir. “Məsələn, Çernoqoriya, Maldiv adaları, Kapo-Verde əsasən turizmdən asılıdır (turuzm sektoru Maldiv adaları ÜDM-nin 60% -ni təşkil edir), səyahət qadağanları onlara ən çox təsir edir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar