Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəliyinin fəaliyyətə başlamasının 25-ci ildönümüdür

Bu münasibətlə yüksək səviyyəli rəsmi qəbul təşkil edilib...

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə nümayəndəliyi fəaliyyətə başlamasının 25-ci ildönümü münasibətilə yüksək səviyyəli rəsmi qəbul təşkil edilib.

APA-nın məlumatına görə, qəbul Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Qəbulda BMT-nin Əhali Fondunun ötən dövr ərzində ölkədə fəaliyyətinə dəstək olan və mühüm töhfələr verən tərəfdaşları - rəsmi şəxslər, dövlət strukturlarının rəhbər şəxsləri və nümayəndələri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Baş nazirin müavini Əli Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti BMT-nin Əhali Fondu ilə çox sıx və səmərəli əməkdaşlıq tarixçəsinə malikdir. Təşkilatın Azərbaycan hökumətinə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dəstək verdiyini qeyd edən Ə. Əhmədov hökumətin dəlillərə əsaslanan etibarlı məlumatlarla təmin olunması baxımından Fondun fəaliyyətini yüksək qiymətləndirib.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai bildirib ki, Azərbaycan hökuməti ilə 25 illik əməkdaşlığı ərzində BMT-nin Əhali Fondu milli inkişaf məqsədlərinə töhfə verməklə ölkədə əhali və inkişaf üzrə beynəlxalq konfransın gündəliyinin icrasına nail olmaq üçün vətəndaş cəmiyyəti, özəl sektor və digər tərəfdaşları ilə səylərini birləşdirə bilib.

Tədbirə qonaq qismində qatılan BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru Karl Kulessa Fondun fəaliyyətində mühüm çərçivələrdən biri olan və 25 il öncə Misirin Qahirə şəhərində keçirilən Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda (ICPD) qəbul edilmiş fəaliyyət proqramının əhəmiyyətindən danışıb. Bu ilin noyabr ayında Keniyanın paytaxtı Nayrobidə təşkil ediləcək "ICPD-25" sammiti haqqında məlumat verən K. Kulessa sözügedən proqramın hədəflərinə nail olmaq məqsədilə qlobal və ölkə səviyyəsində bütün maraqlı tərəfləri daha sıx əməkdaşlığa çağırıb.

Tədbir zamanı BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi tərəfindən səmərəli və məhsuldar əməkdaşlığa görə fərqlənmiş tərəfdaşlarına xüsusi təşəkkür elan edilib.

pia.az


Etiket: BMT 25-ci il qəbul


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar