Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Baş katibi Sudandakı vəziyyəti qınayıb

BMT-nin Baş katibi Antonio Qutereş Sudanın paytaxtı Xartumda davam edən hərbi qarşıdurmanı və Sudanın siyasi keçidinə, sabitliyinə təhlükə yarada biləcək bütün hərəkətləri şiddətlə qınayır. BMT Sudanda siyasi keçidinin reallaşmasına sadiqliyini və dəstəyini bir daha bəyan edir. Bu keçid prosesinə xələl gətirmək cəhdləri Sudanın təhlükəsizliyini, sabitliyini və inkişafını riskə atır”.

Bunu BMT-nin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib. O, BMT-nin Baş katibi Antonio Qutereşin maraqlı tərəfləri dərhal dialoqa çağırdığını deyib:

“Baş katib keçid dövrü üçün imzalanmış Konstitusiya Bəyannaməsində nəzərdə tutulan idarəetmə mexanizmlərinin dərhal yenidən qurulmasını tələb edir. Baş nazirin, hökumət rəsmilərinin və siyasətçilərin qanunsuz olaraq saxlanılması qəbuledilməzdir. Baş verənlər Konstitusiya Bəyannaməsinin müvəffəqiyyəti üçün vacib olan ortaqlığa ziddir. Baş katib, baş nazirin və özbaşına saxlanılan digər şəxslərin dərhal azad edilməsini tələb edir. Maraqlı tərəflər dərhal dialoqa qayıtmalı və Sudanın keçid prosesini bərpa etmək üçün vicdanla hərəkət etməlidirlər. BMT Sudan xalqının sülh, firavan və demokratik bir gələcək üçün mücadilələrində onların yanlarında olmağa davam edəcək”.

Qeyd edək ki, oktyabrın 24-dən 25-nə keçən gecə Sudanda növbəti hərbi çevriliş olub. Hökumət və parlament binaları mühasirəyə alınıb, Xartum Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar