Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Baş katibi: “Növbəti pandemiyaya hazırlaşmalıyıq”

BMT-nin Baş katibi Antonio Quterreş Dünya İqtisadi Forumunda çıxışı zamanı növbəti pandemiyaya hazırlaşmağa çağırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Biz hər bir ölkədə monitorinq, erkən aşkarlama və sürətli reaksiya planlarına sərmayə qoymaqla və Ümumdünya Səhiyyə Təşkilatının avtoritetini möhkəmləndirməklə növbəti pandemiyaya hazırlaşmalıyıq”, - A. Quterreş videomüraciətində bildirib.

O, həmçinin mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa çağırıb. A. Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40%-ni, bu ilin ortasında isə 70%-ni peyvənd olunması ilə bağlı strategiyasını açıqlamışdı:

“Biz bu məqsədlərdən uzağıq. Bu utancvericidir, lakin yüksək gəlirli ölkələrdə peyvənd nisbətləri Afrika ölkələrindən yeddi dəfə yüksəkdir. Peyvəndlərin paylanmasında ədalətə ehtiyacımız var”.

Baş katibin qeyd edib ki, bütün ölkələr və bütün istehsalçılar COVAX mexanizmi ilə peyvəndlərin tədarükünə üstünlük verməli və bütün dünyada yerli testlərin, peyvəndlərin və müalicə vasitələrinin istehsalını dəstəkləməlidirlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar