Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Baş katibi ilin sonuna qədər qlobal atəşkəs çağırışı edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş qlobal atəşkəslə bağlı çağırış edib.

Bu barədə Baş katib A. Quterreş BMT Baş Assambleyasının 75-ci sessiyasının ikinci günündə çıxışı zamanı bildirib.

“Mən pandemiya başlayan kimi bütün ölkələrə qlobal atəşkəslə bağlı çağırış etdim. Bu çağırışın beynəlxalq ictimaiyyət tərəfindən ilin sonunadək reallaşdırılmasına yeni bir təkan vermək üçün bu gün mən yenə də müraciət edirəm. Bizim düz 100 günümüz var. Pandemiya dövründə münaqişələrin yeganə bir qalibi var: o da virus özüdür”, - deyə Baş katib deyib.

O vurğulayıb ki, onun martda qlobal sülhlə bağlı çağırışına 180 ölkə, həmçinin dini liderlər, regional tərəfdaşlar, vətəndaş cəmiyyətinin nümayəndələri dəstək verib: “Kamerun, Kolumbiya, Filippin və digər ölkələrdə hərbi qruplaşmalar belə bu çağırışa cavab verdi. Bu ümid üçün bir səbəbdir. Sülh və barışığa nail olmaq üçün yeni kollektiv səylərin vaxtı çatıb. Təhlükəsizlik Şurasının liderliyi ilə bu ilin sonuna qədər qlobal atəşkəsə nail olmaq üçün intensiv beynəlxalq səylər göstərməyə çağırıram. Bizim 100 günümüz var. Vaxt dayanmır. Bütün “qaynar münaqişə”ləri dayandırmaq üçün dünyanın qlobal bir atəşkəsə ehtiyacı var”.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar