BMT missiyası bu gün Azərbaycanın Ağdam rayonunda olub.
PİA.az BMT-nin Bakı ofisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı rayonun icra başçısı Vaqif Həsənov və münaqişədən zərər çəkmiş icmaların nümayəndələri ilə görüşlər keçirilib.
Humanitar ehtiyacları qarşılamaq üçün BMT-nin gördüyü işlər və mövcud problemlərə dair müzakirələr aparılıb.
pia.az