Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Liviyada Haftara verilən 8 rus döyüş təyyarəsi ilə bağlı araşdırmaya başlayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri Liviyada marşal Xəlifə Haftara Rusiya istehsalı olan 8 döyüş təyyarəsinin verilməsi ilə bağlı araşdırma başladıb...

APA-nın yerli bürosunun “Anadolu” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İngiltərənin “Financial Times” qəzeti yazıb.

Liviyalı mütəxəssis Volfram Laçerin fikirləri əks olunan məqalədə bildirilib ki, Xəlifə Haftar və milisinin ilk işi Türkiyə qüvvələrinə mane olmaq üçün Vatiyyə hərbi bazasını vurmaq olacaq.

V.Laçer Haftar qüvvələrinin Liviyanın paytaxtı Tripolidəki və Misirdəki havadan müdafiə sistemini hədəf aldığını da qeyd edib.

O bildirib ki, Liviyaya Suriyadan gətirilən təyyarələr Türkiyə ilə Rusiya arasında qarşıdurma ehtimalını artırır: “Bu, Türkiyə ilə Rusiya arasında hava qüvvələri üstünlüyünü saxlamaq üçün bir yarışa dönəcək”.

Qeyd edək ki, bu gün Türkiyə XİN Xəlifə Haftar və milislərinin Türkiyə qüvvələrinin mövqelərinə havadan hücum edəcəyi barədə xarici mediada yayılan xəbərlərə münasibət bildirərək bəyan edib ki, Liviyada Türkiyə qüvvələri hədəfə alınsa, bunun çox ağır nəticələri olacaq.

Xatırladaq ki, keçən ay BMT general Haftarın qurduğu hakimiyyəti tanımadığını açıqlayaraq, Liviyada vəziyyətin nizamlanmasına dair siyasi sazişi dəstəklədiyini bildirmişdi.

pia.az


Etiket: BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ən çox oxunanalar