Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-də qondarma qurumun sənədi necə yayıla bilər? - Bu qərəzdir, yoxsa?..

Baş vermiş bu hadisəni Azərbaycan Xarici İşlər Nazirliyinin və BMT yanında daimi nümayədəliyimizin yarıtmaz fəaliyyəti ilə əlaqələndirmək olarmı?..

Politoloq: “BMT-də fəaliyyət göstərən Azərbaycan nümayəndəliyi hara baxır, nəylə məşğuldur? XİN-nin fəaliyyətinin necədə səmərəsiz olduğu bu sənədin yayılması ilə bir daha isbat olundu”.

BMT strukturları yenidən işlənməli və qurulmalıdır. İşğalçı ilə işğala məruz qalanı ayırd edə bilmirsə, nəyə lazımdır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə BMT-də Azərbaycana qarşı növbəti təxribatın olmasını PİA.az-a şərh edərkən qeyd edib.

BMT-də Azərbaycana qarşı növbəti təxribata yol verilib. Birləşmiş Millətlər Təşkilatının rəsmi saytında işğal olunmuş Qarabağ torpaqlarında yaradılmış qondarma rejimin daha 2 "sənəd"i yayımlanıb.

Qarabağdakı separatçı rejimin “xarici işlər nazirliyi”nin yaydığı həmin "sənədlər"dən biri (https://undocs.org/­ru/A/74/801) 2016-cı ilin Aprel döyüşlərinin 4-cü ildönümü ilə bağlı Azərbaycanı ittiham edir. İkinci “sənəd”də isə (https://undocs.org/­ru/A/74/818) BMT Baş katibi Antoniu Quterrişə dünyanın bütün “qaynar nöqtələri"ndə atəşkəsin bərqərar olması ilə bağlı çağırış yer alıb.

Xatırladaq ki, bundan əvvəl də, Ermənistanın BMT-dəki daimi nümayəndələrinin vasitəsilə qondarma rejim rəhbərliyi BMT-də rəsmi sənəd yaymağa nail olub. Həmin faktlarla bağlı Azərbaycan XİN-i BMT-yə kəskin etirazını bildirmişdi.

BMT üzvü olmayan, tanınmamış bir separatçı qurumun sənədi BMT-nin rəsmi veb saytında necə yayıla bilər? Bu qərəzdir, yoxsa BMT-nin öz mahiyyətindən kənara çıxması? Ümumiyyətlə baş vermiş bu hadisəni Azərbaycan Xarici İşlər Nazirliyinin və BMT yanında daimi nümayədəliyimizin yarıtmaz fəaliyyəti ilə əlaqələndirmək olarmı?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Bundan sonra belə analoji halların qarşısının alınmas istiqamətində iş aparılmalı, hətta lazım gələrsə, BMT-dəki nümayəndə geri çağrılmalıdır”.

BMT kimi bir mötəbər qurumun fəaliyyətinin həqiqətən çox acınacaqlı olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, XİN bu məsələ ilə ciddi şəkildə maraqlanmalı və həmin sənədlərin BMT-nin rəsmi saytından çıxarılmasına çalışmalıdır. Belə bir sənədin yayılması həm BMT nizamnaməsinə, həm də beynəlxaq hüquqa ziddir:

BMT Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin sənədinin yayılması birinci hal deyil. İlk növbədə bu BMT bir təşkilat olaraq öz 4 qətnaməsinə sayqısızlığı, həmçinin beynəlxalq hüquq normalarını tapdanmasıdır. Belə bir mötəbər qurumun bu fəaliyyəti həqiqətən çox acınacaqlıdır.

Bundan əlavə baş verən insident Azərbaycan XİN-in oradakı nümayəndəliyinin yarıtmaz işinin bariz nümunəsidir. BMT-də fəaliyyət göstərən Azərbaycan nümayəndəliyi hara baxır, nəylə məşğuldur? XİN-nin fəaliyyətinin necədə səmərəsiz olduğu bu sənədin yayılması ilə nir daha isbat olundu .

Hesab edirəm ki, XİN bu məsələ ilə ciddi şəkildə maraqlanmalı həmin sənədlərin BMT-nin rəsmi saytından çıxarılmasına çalışmalıdır. Belə bir sənədin yayılması həm BMT nizamnaməsinə, həm də beynəlxaq hüquqa ziddir.

Məhəmməd Əsədullazadə: “Azərbaycan XİN bunun qarşısını almalı idi, təəssüf ki, bizim diplomatlar bunu bacarmayıb”.

BMT Ermənistanın nümayəndəsi göründüyü kimi yatmır və qondarma rejimin təbliği ilə məşğul olur. Bu qanunsuzluq BMT adına rəzalətdir və bu qrumun rəsmilərin hazırkı çağırışlarınaa cavab vermədiyini göstərir.

BMT hazırda özünü ən aciz və heç bir işə yaramayan qurum kimi nümayiş etdirir. Bu pandemiya ilə bağlı qurumun fəaliyyətində də bir da üzə çıxdı. Ona görə də bu beynəlxalq təşkilatın strukturları yenidən işlənməli və qurulmalıdır. BMT kimi bir təşkilat işğalçı ilə işğala məruz qalanı ayırd edə bilmirsə, o zaman demək ki, bu beynəlxalq təşkilat öz missiyasını bilmir, vəmahiyyətunə uyğun fəaliyyət göstərmir. Onda belə bir qurum nəyə lazımdır? Ümumiyyətlə BMT öz qərarlarının icrasını həyata keçirə bilmir. Bu da qurumu yararsız bir təşkilata çevirib.

Bir daha qeyd edirəm i, Azərbaycan XİN bunun qarşısını almalı idi, təəssüf ki, bizim diplomatlar bunu bacarmayıb. Bundan sonra belə analoji halların qarşısının alınmas istiqamətində iş aparılmalı, Azərbaycan qəti şəkildə öz mövqeyini ortaya qoymalı, hətta lazım gələrsə BMT-dəki nümayəndə geri çağrılmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar