Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-də ASALA terror təşkilatının Qarabağda olması faktı səsləndirildi - Adekvat reaksiya olacaqmı?

Politoloq: “Biz həmsədr ölkələrdən, ATƏT-in faktaraşdırıcı missiyasından və BMT Təhlükəsizlik Şurasından bölgəyə ASALA və terror təşkilatlarının yerləşdirilməsi ilə bağlı adekvat cavab gözləyirik”... 

“Bu gün bölgəyə ASALA terror təşkilatının yerləşdirilməsinə baxmayaraq İran, Gürcüstan, Rusiya və sərhəd ölkələr susmaqda davam edirlər”.

Bu sözləri politoloq Zaur Məmmədov Prezident İlham Əliyevin BMT Baş Assambleyasında ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videokonfrans formatında çıxış edib. Prezident çıxışında söyləyib ki, Ermənistan Azərbaycana təcavüz etmək və işğalı davam etdirmək məqsədi ilə müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir. Orezident qeyd edib ki, Ermənistan terrorçuluğa sponsorluq edən ölkədir. “Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var”, deyə İlham Əliyev vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, erməni terrorçuları 24 türk diplomatını qətlə yetirib. Paris şəhərinin Orli hava limanında terror aktı törədərək müxtəlif ölkələrin vətəndaşlarını qətlə yetirən ASALA terror təşkilatının Varujan Karapetyan adlı üzvü daha sonra Ermənistana ekstradisiya olunmuş və Ermənistan prezidenti tərəfindən əfv edilmişdir. Həmin terrorçu Ermənistanda qəhrəman kimi qəbul edilir.

ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olmasının BMT sessiyasında prezident səviyyəsində səsləndirilməsinə hansısa reaksiyaların olacağı gözləniləndir?

Mövzunu PİA.az-ın əməkdaşı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Həmin ölkələr beynəlxalq hüquqdan dəm vurararaq və elə beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistana təzyiq etməyəcəklər”.

Bütün dünyada ikibaşlı siyasətin yürüdüldüynə diqqət çəkən politoloq PİA.az-a açıqlamasında vurğulayıb ki, hərkəs və bütün dövlətlər bilməlidir ki, Azərbaycanın öz addımlarında qəti olacaq. Zaur Məmmədov qeyd edib ki, bu gün bölgədə hər hansı bir terror qrupunun cəmlənməsi kifayət qədər ciddi məsələdir. Dünya ictimaiyyəti bu məsələyə adekvat cavab verməlidir:

“Təbii ki, bu gün bölgədə hər hansı bir terror qrupunun cəmlənməsi kifayət qədər ciddi məsələdir. Dünya ictimaiyyəti bu məsələyə adekvat cavab verməlidir.

Prezident İlham ƏliyevBMT Baş Assambleyasının videokonfrans formatında çıxışı zamanı həm Ermənistanın qanunsuz şəkildə məskunlaşma siyasətinə, həm də orada terrorçuların cəmlənməsi məsələsinə toxundu. Biz həmsədr ölkələrdən, ATƏT-in faktaraşdırıcı missiyasından və BMT Təhlükəsizlik Şurasından bölgəyə ASALA və terror təşkilatlarının yerləşdirilməsi ilə bağlı adekvat cavab gözləyirik.

Lakin biz bunu da çox yaxşı bilirik ki, kimdənsə nəsə gözləməyə ehtiyac yoxdur. Çünki həmin ölkələr beynəlxalq hüquqdan dəm vurararaq və elə beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistana təzyiq etməyəcəklər. Bu zaman da iş Azərbaycanın üzərinə düşür. Azərbaycan gərək Ermənistanı hərb yolu ilə düz yola çəksin.

Təbii ki, bütün bu baş verənlər çox narahatedici və eyni zamanda məyusedicidir. Çünki bu gün bölgəyə ASALA terror təşkilatının yerləşdirilməsinə baxmayaraq İran, Gürcüstan, Rusiya və sərhəd ölkələr susmaqda davam edirlər. Onlar regionun terrorçu yuvasına çevrilməsinə göz yumurlar. Artıq aydındır ki, Rusiyanın vasitəçiliyi və təhrili ilə regionda müharibənin başlanması qaçınılmaz olub. Amma digər qonşu ölkələr bütün regionda qeyri-sabitliyin təməlini atacaq bu təhlükəyə qarşı yenə də səslərini çıxarmırlar.

Bizlərdən çox uzaqda olan və beynəlxalq hüququn yanında olmayan ölkələri hardasa başa düşmək olar. Onlar regiondan uzaqdadırlar və Cənubi Qafqazın problemləri onlar üçün təsirsiz ola bilər. Ya da əksinə olaraq bəzi uzaqdakı ölkələr regionda qeyri-sabitlikdə maraqlı ola bilərlər. Lakin regional ölkələrinin Azərbaycana qarşı bu cür münasibəti çox narahatlıq doğurur. Çünki başlayacaq müharibə bütün qonşu ölkələrə bu və ya digər şəkildə təsir edəcək.

Buna baxmayaraq hesab edirəm ki, Azərbaycan öz iradəsini ortaya qoymalıdır. Bu gün bu çox vacibdür. Hər bir halda bütün dövlətlər bilməlidir ki, Azərbaycan öz addımlarında qəti olacaq və artıq öz sözünü hərb meydanında Ermənistana deyəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar