Cümə axşamı, 22 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

BMT Belarusa dair qətnamə qəbul etdi - Rusiyanın bütün təklifləri rədd edilib

BMT-nin İnsan Haqları Şurası Belarusda iddia edilən insan haqları pozuntularının monitorinqi məqsədilə Avropa İttifaqının təqdim etdiyi qətnaməni qəbul edib.

Xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkisindən bəri keçirilən kütləvi aksiyalarda Aleksandr Lukaşenkonun istefası tələb edilir.

PİA.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Cenevrədə mənzillənən BMT İnsan Haqları Şurası sentyabrın 18-də sözü gedən qətnaməni Lukaşenkanı getdikcə daha çox müdafiə edən Rusiyanın müqavimətinə baxmayaraq qəbul edib.

Şura BMT-nin insan haqları üzrə ali komissarı Miçelle Baçeletə Belarusdakı vəziyyətin daha yaxından müşahidə edilməsi üçün mandat verib. Belarus Xarici İşlər Nazirliyi bildirib ki, BMT-nin bu addımı qorxulu presedent yaradır.

Nazirlik BMT-ni Belarusun daxili işlərinə qarışmaqda ittiham edib.

Avropa İttifaqının Belarusa dair qətnaməsini 47 üzvü olan BMT İnsan Haqları Şurasının 23 üzvü dəstəkləyib. 2 üzv ölkə qətnamənin əleyhinə səs verib. Daha 22 ölkə səsvermədə bitərəf qalıb. Bu iclasda müşahidəçi kimi iştirak edən Rusiyanın səs hüququ olmasa da, o sənədə 17 düzəliş təklif edib.Təkliflərin hamısı rədd edilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Sabah xoş xəbəri Xocavənd və Ağdərədən ala bilərik – Erməni etirafı

Deputat Azərbaycana ciddi təzyiq olacağından danışdı

Erməni mətbuatı: Azərbaycan qoşunları Qarabağın dərinliklərinə nüfuz edib

Alimlər insan kəlləsində yeni orqan tapdılar - Tibdə ilk

ABŞ Milli Kəşfiyyatı Moskvanı hədələdi: "Rusiya buna cavab verəcək"

Paşinyan Rusiyanı satıb dəstək almaq istəyir - Putin xəyanəti bağışlamır

Azərbaycanın milli dronu olan "Zərbə"nin xüsusiyyətləri

loading...

Ən çox oxunanalar