Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

BMT Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib

ABŞ-ın Nyu-York şəhərinin Manhattan adasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahının binası önündə Xocalı soyqırımı dəhşətlərinin yer aldığı fotolardan ibarət rəsm sərgisi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Xocalıya ədalət” (Justice for Khojaly) adı altında keçirilən sərgidə soyqırımı zamanı ermənilərin amansızlıqla qətlə yetirdiyi insanların lentə alınmış fotoları nümayiş etdirilib. Əraziyə üzərində bəşər tarixinin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı haqqında həqiqətlərin, tarixi faktların əks olunduğu rəqəmsal plakatların quraşdırıldığı xüsusi maşın da gətirilib.

Sərgi ABŞ ictimaiyyətinin, yerli medianın, ərazidə olan diplomatların və avtomobillərlə yoldan keçən sakinlərin diqqətini cəlb edib. Onlar həmvətənlərimizə yaxınlaşıb Xocalı soyqırımı haqqında məlumatlar alıblar.

Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli və ABŞ-da yaşayan aktiv azərbaycanlı gənclər sərgiyə qatılan insanlara tarix böyu ermənilərin azərbaycanlılara qarşı apardığı soyqırımı siyasəti, onların Xocalıda körpə və yaşlı demədən insanlığa sıxmayan vəhşiliklə həyata keçirdikləri cinayətlər haqqında məlumatlar veriblər.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Azercell Telekom”a yeni prezident təyin olunub

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Qoşqar Təhməzli durğunluqda olan biznesini koronavirusun hesabına kompensasiya edir – Fakt

İnsan hansı orqanları olmadan yaşaya bilər? - Siyahı

Aeroport yolunda qəzada ölən və xəsarət alanların adları məlum olub - Yenilənib

Ən çox oxunanalar