Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş katibinin ermənilərə can yandırmasının  əsl səbəbi bəlli oldu...

“Onun erməni milyonçu qohumlarından biri Qarabağ münaqişəsini başlatmaq üçün Amerikada Qorbaçova brilyant verib..."

BMT Baş Katibi Quttereşin ermənilərə bu qədər can yandırmasının,  Paşinyanla belə “cici-bacı” selfi şəkdirməsinin  səbəbini araşdırdım. Və çox maraqlı məsələlər üzə çıxdı...”

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev söyləyib.
 
"Saytınızda BMT TŞ-nin dünənki qapalı iclasında Qarabağda müharibə məsələsinin müzakirəsi zamanı 27 il öncə işğalçı Ermənistan qoşunlarının Azərbaycan Respublikası ərazilərindən dərhal çıxarılması haqda məlum 4 qətnamənin xatırlanmaması barədə tənqidi yazını oxuduqdan  və BMT Baş Katibi Quttereşlə Paşinyanın  başlığa çıxarılmış  selfi-fotosunu gördükdən sonra bir araşdırma apardım. BMT Baş Katibi Quttereşin ermənilərə bu qədər can yandırmasının, Paşinyanla belə “cici-bacı” selfi şəkdirməsinin  səbəbini araşdırdım. Və çox maraqlı məsələlər üzə çıxdı.

Məlum oldu ki, əslən Portuqaliyadan olan Quttereşin İspaniyadakı məşhur Gulbekyanlar erməni milyonçu mafiyası ilə qohumluğu var. Belə ki, BMT Baş Katibinin  arvadı həmin Gülbekyanlardandır. Özü də qaraçı ermənilərdəndir. Onu da yada salım ki, Gülbekyanların məşhur bir nümayəndəsi Qarabağ münaqişəsini başlatmaq üçün Amerikada Qorbaçova brilyant vermişdi...

Yəni bəlkə də BMT TŞ-nin Qarabağla bağlı qətnamələrini “unutması”nın əsas səbəblərindən biri də budur. Odur ki, Azərbaycan dövləti möhkəm siyasi iradə nümayiş etdirməli və artıq belə ermənipərəst qurumların bəyanatlarını, çağırışlarını qulaqardına vuraraq  Milli Ordumuzun Qarabağa azadlıq yürüşünü davam etdirməli, torpaqlarımızın hər  qarışından erməni hərbçilərinin ayağı kəsilməmiş dayanmamalıdır”- deyə istiqlalçı deputat çağırış edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar