Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT baş katibi tibb işçilərinə təşəkkür edib

BMT baş katibi Antonio Quterreş 7 aprel - Ümumdünya Sağlamlıq Günü ilə bağlı video müraciəti edib...

BMT-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, A. Quterreş qeyd edib ki, bu il Ümumdünya Sağlamlıq Günü çox çətin bir vaxta qeyd edilir: "Bu gün mən sağlamlığımızı qorumaq üçün gecə-gündüz çalışan səhiyyə işçilərinə, o cümlədən tibb bacıları, mamalar, texniklər, təcili tibbi yardım işçiləri, əczaçlar, həkimlər, sürücülər, xadimələr, inzibatçılar və digərlərinə müraciət edirəm. Bu gün pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünüzü riskə ataraq gecə-gündüz çalışdığınız üçün sizlərə hər zamankından daha çox minnətdarıq. 2020-ci il Beynəlxalq tibb bacısı və mamalar ilidir və mən onların xüsusi təcrübə və öhdəliklərini vurğulamaq istəyirəm. Hamımızın tibb bacıları və mamalara göstərdikləri qayğı və peşəkarlığa görə minnətdar olmağımız üçün səbəbimiz var. Bilirəm ki, bu belədir. Tibb bacıları səhiyyənin ən böyük yükünü daşıyırlar. Bu cür travmatik işi müşayiət edən zədələnmə, yoluxma və əqli sağlamlığa riski gözə alaraq çətin iş görürlər və uzun müddət çalışırlar. Onlar çox vaxt insanlara həyatlarının son günlərində rahatlıq təmin edirlər. Mamalar həyatın başlanğıcında rahatlığı təmin edirlər. Pandemiya zamanı onların işi daha da çətinləşir, çünki körpələrimizin salamat doğulmasını təmin edirlər. Dünyanın bütün tibb bacıları və mamalarına səslənirəm: gördüyünüz iş üçün təşəkkür edirəm. Bu ağır dövrdə bütün tibb işçilərinə deyirəm: biz sizinləyik və sizə güvənirik. Sizinlə fəxr edirik; siz bizi ilhamlandırırsınız. Biz sizə borcluyuq".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar