Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT baş katibi 2020-ci il üçün prioritetləri açıqlayıb

“Geostrateji gərginlik, iqlim dəyişikliyi, qlobal səviyyədə artan inamsızlıq və yeni texnologiyaların təhlükəsi – bunlar hazırda mövcud olan 4 ən böyük problemdir. Prioritet onların qarşısını almaqdır”...

Bunu BMT baş katibi Antoniu Quterriş gələn il 75 yaşı tamam olacaq qurumun Baş Assambleyasının nümayəndə heyəti qarşısında çıxışı zamanı 2020-ci il üçün prioritetlərdən danışarkən deyib.

Baş katibin sözlərinə görə, bu gün geostrateji gərginlik, həqiqətən, epik xarakter alıb, zorakı qarşıdurmalar və terror hücumları əzab və səfalət toxumları əkir və dünya II Dünya müharibəsindən bəri müharibə və təqiblərdən qaçan bu qədər insan görməyib.

A.Quterriş son illərdə əldə olunan bəzi uğurları da sadalayıb: “Keçən il bir çox qeyri-sabit ölkədə dinc yolla seçkilər keçirildi, Yəməndə atəşkəs rejimi quruldu, yeni Suriya konstitusiyasının hazırlanması üzrə komitə yaradıldı və Mərkəzi Afrika Respublikasında sülh sazişinin şərtləri icra edildi. Bu yaxınlarda Berlində keçirilən Liviya üzrə konfransda isə iştirakçılar silahlı qarşıdurmaya və ölkənin daxili işlərinə qarışmayacağına söz verdilər”.

Bununla belə, BMT baş katibi hələ görülməli çox işin olduğu etiraf edib: “Fars körfəzində, Sahel bölgəsində, Venesueladakı vəziyyət və Fələstin-İsrail münaqişəsi. Özü də xarici oyunçular yalnız ocağı daha da alovlandırır, Təhlükəsizlik Şurasının qətnamələri isə yerinə yetirilmir”.

Baş katib hesab edir ki, münaqişələrin qarşısının alınmasına diqqət yetirilməli və vasitəçilik mexanizmlərindən daha fəal istifadə edilməlidir.(report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar