Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş Assambleyası Holokostun inkarını pisləyən qətnamə qəbul edib

BMT Baş Assambleyası Holokostun tarixi hadisə kimi inkarını pisləyən və rədd edən qətnamə qəbul edib.

PİA.az xəbər verir ki, İsrail, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Gürcüstan da daxil olmaqla, 60-dan çox ölkə qətnamənin həmmüəllifi kimi çıxış edib. Qətnamə səsə qoyulmadan qəbul edilib.

Qətnamənin mətninə əsasən, Baş Assambleya Holokostun tarixi hadisə kimi hər hansı tam və ya qismən inkarını rədd edir və qeyd-şərtsiz pisləyir.

Baş Assambleya nasistlərin ölüm düşərgələri kimi istifadə etdiyi ərazilərin qorunub saxlanmasına töhfə verən ölkələrə minnətdarlığını bildirib. Qətnamə müəllifləri dövlətləri gələcək nəsillərin yaddaşında qalması üçün Holokostla bağlı təhsil proqramları hazırlamağa çağırıb.

Qurum, həmçinin hökumətləri və sosial media şirkətlərini antisemitizmi, Holokostu inkarı və onun tarixinin təhrifini təşviq edən materialların yayılması üçün informasiya və kommunikasiya texnologiyalarının istifadəsinə qarşı fəal tədbirlər görməyə çağırır.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2005-ci il noyabrın 1-də qəbul etdiyi qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar