Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Bakının razılığı olmadan Qarabağa sülhməramlıların yerləşdirilməsinə mandat verə bilər? - Tofiq Zülfüqarov şərh etdi

Bir zamanlar Yuqoslaviyada olduğu kimi münaqişə tərəflərinin mövqeyini nəzərə almadan BMT Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı mandat verə bilərmi?..

Keçmiş xarici işlər naziri: “Biz də hesab edirik ki, hansısa məsələlər danışıqlar yolu ilə həll olunsa, bu məsələlərin icrası və atəşkəsin bərqərar olunması beynəlxalq aləmin nəzarətdə ola bilər”.

“Sadəcə olaraq BMT atəşkəsin nəzarət altında olmasının vacibliyini vurğulayıb”.

Bu sözləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağla bağlı aparılan müzakirələri və verilən qərarı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında deyib ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu, ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

O qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir.

Atəşkəsə nəzarət etmək üçün bölgəyə sülhməramlıların yerləşdirilməsi ilə bağlı sualı cavablandıran Nebenzya bildirib ki, bunun üçün BMT-nin mandatına ehtiyac var və bu uzun sürən prosedurdur.

Bir zamanlar Yuqoslaviya və digər müharibə gedən ölkələrdə olduğu kimi münaqişə tərəflərinin mövqeyini nəzərə almadan BMT Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı mandat verə bilərmi? Ümumiyyətlə rəsmi Bakının iradəsi kənarında belə bir mandatın verilməsi Azərbaycanın maraqlarına nə qədər cavab verir?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov ilə müzakirə edib.

Tofiq Zülfüqarov: “BMT-nin indi atacağı addımların 1993-cü ildə qəbul etdikləri qətnamələri ilə bağlılığı olmalıdır”.

BMT-nin çağırışında atəşkəsin digər nəzarət formalarının da tətbiq oluna biləcəyini proqnoz edən keçmiş xarici işlər naziri PİA.az-a açıqlamasınsa bildirib ki, Azərbaycanın təklifinə görə atəşkəsin elan edilməsində təkcə ATƏT tərəfi deyil, Türkiyə də iştirak etməlidir. Azərbaycanın bu təklifinə də baxıla bilər:

BMT Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi ilə bağlı mandat verə bilməz. Çünki BMT-nin indi atacağı addımların 1993-cü ildə qəbul etdikləri qətnamələri ilə bağlılığı olmalıdır. 17 il əvvəl qəbul edilən qətnamələr də hamıya məlumdur. Buna görə də hesab edirəm ki, indi BMT Qarabağa sülhməramlıların yerləşdirilməsi mandat verə bilməz.

Sadəcə olaraq BMT atəşkəsin nəzarət altında olmasının vacibliyini vurğulayıb. Biz də hesab edirik ki, hansısa məsələlər danışıqlar yolu ilə həll olunsa, bu məsələlərin icrası və atəşkəsin bərqərar olunması bəlkə də beynəlxalq aləm tərəfindən nəzarət edilə bilər.

Onu da qeyd edim ki, bu mandat deyil sadəcə çağırışdır. Həm də belə görünür ki, bu çağırışdı atəşkəsin digər nəzarət formaları da tətbiq oluna bilər. Yəni Azərbaycanın təklifinə görə atəşkəsin elan edilməsində təkcə ATƏT tərəfi deyil, Türkiyə də iştirak etməlidir. Azərbaycanın bu təklifinə də baxıla bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar