Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bloomberg” Vladimir Putinin də Nazarbayevin yolu ilə gedəcəyindən yazıb

Qazaxıstanın lideri Nursultan Nazarbayevin 78 yaşında prezident vəzifəsindən istefa verməsi, lakin bununla bərabər ölkənin Təhlükəsilzik Şurasının rəhbəri kimi əsas səlahiyyətləri saxlaması, “ömür boyu milli lider” statusunu qoruması Kremldə Rusiya Federasiyası prezidenti Vladimir Putin üçün nümunə olaraq gözdən keçirilir

Bu barədə “Bloomberg” agentliyinin məqaləsində qeyd olunub.

Agentlik Kremeldə hakim elita içində V.Putinin 2024-cü ildə müddət bitdikdən sonra da ölkə lideri olaraq qalması görüşünün hakim olduğunu bildirir.

Bunun üçün baxılan variantlardan biri də, Belarusla birləşərək yeni dövlətin qurulması və Vladimir Putinin də həmin dövlətin başına gətirilməsidir.

Rusiya prezidenti administrasiyasının keçmiş müşaviri Andrey Kolyadinin sözlərinə görə, başqa bir fikir iqtidarın Qazaxıstan üsulu ilə ötürülməsi ilə bağlıdır.

“Nazarbayev ssenarisi hakimiyyətin ötürülməsi zamanı varisə təsir göstərmək imkanlarına malik olan bir hakimi iş başında görmək istəyən elitanı tamamilə qane edir”,-deyə ekspert bildirib.

Belə olan halda Vladimir Putin Kremldən getdikdən sonra Təhlükəsilzi şurası və Dövlət şurası kimi orqanların birinin başına keçərək özü üçün əsas səlahiyyətləri əldə edə bilər.

“Doğrudur Rusiya prezidenti konstitusiyanın dəyişdirilməsindən yana olmadığını (hələlik) dəfələrlə bəyan etsə də, bu Dövlət Dumasının sədri Vyaçeslav Volodinə konstitusiya islahatlarının mümkünlüyü barədə məsələ qaldırmasına əngəl törətməyib”,-deyə agentlik vurğulayıb.(musavat.com)

pia.az


Etiket: Putin Nazarbayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar