Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bloomberg”: Rusiya neftini daşıyan və başqa gəmilərə yükləyən tankerlər radardan itir

Rusiya neftini daşıyan və başqa gəmilərə yükləyən tankerlər dənizdə hərəkəti izləyən sistemlərin radarından itir, belə hallar daha tez-tez baş verir.

Təxminən 10 gün ərzində Atlantik okeanda, Azor adaları yaxınlığında ən azı üç tanker “yoxa çıxıb”. Bu tankerlər, çox güman ki, nefti başqa gəmilərə daşıyıb, baxmayaraq ki, Ukraynadakı münaqişədən əvvəl belə yerlərdə bu cür əməliyyatlar həyata keçirilmirdi.

Neftin bir gəmidən digərinə ötürülməsi adi təcrübədir, lakin bu halda qeyri-adi vəziyyət tankerlərin gözdən itməsidir.

Avropa İttifaqı Rusiya neftinin alınmasına qadağa qoyub, baxmayaraq ki, bu müddəa dekabr ayında qüvvəyə minəcək, bəzi enerji alıcıları tədarük faktını gizli saxlamaq istəyirlər. Bundan başqa, Rusiya tankerlərinin Azor adalarında gözdən itməsi ilə yanaşı, bəziləri Asiyaya gedən yolda görünməz olur.

Bu taktikadan əvvəllər Venesuela və İrandan neft ixrac etmək üçün istifadə olunub.(Bloomberg)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar