Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bloomberg”: Eldar Mahmudovun gəlini milyarderlər küçəsində yaşayır

Britaniyanın “Bloomberg” nəşri İngiltərədə yüksək səviyyəli korrupsiya işinin fiqurantları olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyeva haqqında geniş məqalə hazırlayıb...

PİA.az-ın məlumatına görə, nəşr qeyd edir ki, Britaniya müstəntiqləri Cahangir Hacıyevin çoxsaylı ofşor adaları vasitəsi ilə Azərbaycandan İngiltərəyə on milyonlarla dollar pul çıxardığını müəyyən ediblər.

2008-ci ildə Cahangir Hacıyevin rəsmi gəliri 70650 dollar olub, lakin buna baxmayaraq, o, İngiltərədə dörd böyük torpaq sahəsi əldə edib. Və onun “Gulfstream” təyyarəsinin qiyməti 42,5 milyon dollardır. Bundan əlavə, o, 13 milyon dollara bir qolf klubu və Sardiniyada villa alıb. Onun həyat yoldaşı isə “Harrods” ticarət mərkəzində 20 milyon dollar xərcləməsi ilə məşhur olub.

Britaniya müstəntiqləri əmindirlər ki, Cahangir Hacıyevin sərvəti 100 milyon dollardan çox olub. 2018-ci ildə istintaq orqanları Zamirə Hacıyevanın hesablarının dondurulmasına qərar verərək, vəsaitin mənşəyini izah etməyi tələb ediblər.

“Bloomberg” qeyd edir ki, Cahangir Hacıyevin aktivlərinin idarə olunmasında Werner Capital mühüm rol oynayıb. Onun lideri Tomas Mateos Wernerdir. O, MDB ölkələrindən gələn varlı ailələrə maliyyə xidmətləri göstərib.

Cahangir Hacıyevlə bağlı aparılan istintaq işlərində Sürixdə yerləşən EFG International AG özəl bankının və Cənubi Afrika Investec Ltd şirkətinin də adı çəkilir. Bu şirkətlərin adları azərbaycanlı bankirin apardığı maliyyə əməliyyatları ilə əlaqədar də xatırlanır.

Cahangir Hacıyev əvvəlcə müşavirinə 5 milyon dollar verib. Bu pulla İtaliyanın Sardiniya əyalətindəki Costa Smeralda-da bir villa alınıb. Bu əməliyyatda Cahangir Hacıyevin qızı Leyla Mahmudovanın adı çəkilir. “Bloomberg” yazır ki, bu ərazidə yalnız milyarderlər yaşayırlar. Bu milyarderlər arasında ruslar daha çoxdur. Hətta iş o yerə çatıb ki, rus milyarderlərinin mənəvi ehtiyaclarını ödəyə bilmələri üçün orada onlar üçün bir Pravoslav kilsəsi tikilib.

Agentlik bildirir ki, bu işdə 59 yaşlı keçmiş məmur Xəqani Bəşirovun da adı çəkilir. Onun fransız pasportu var və o, Lüksemburqda yaşayır, amma Londonda da ofisi var. O, 2010-cu ildə Azərbaycan Beynəlxalq bankından götürülmüş 109 milyon dolları qaytarmadığı üçün həbs olunmuşdu, lakin beş ay sonra sərbəst buraxıldı. Xəqani Bəşirov on milyonlarla dolların Azərbaycandan çıxarılmasında iştirak edib.

Agentliyin məlumatında vurğulanır ki, İngiltərədə Zamirə Hacıyevaya qarşı cinayət işi açılmayıb. Onu yalnız Azərbaycan maliyyə fırıldaqlarında günahlandırır və Britaniyadan onu təhvil verməsini tələb edir. İngiltərə tərəfi isə ötən ilin sentyabrında bu məsələdə Azərbaycana rədd cavabı verib. (Virtualaz.org)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Ən çox oxunanalar