Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blommerqin ilin valyutası, seçimi - Rusiya rublu ilə nə baş verir?..

Sanksiyalar və müharibə şəraitində Rusiya Mərkəzi Bankı makiyyə sabitliyinə necə nail ola bilir?

Ekspert: “Yüksək qənaət, ehtiyatlı xərclər siyasəti və güclü rezervlərin var olması Rusiyada maliyyə sabitliyini təmin edən faktorlardır”.

Rusiyanın uzunmüddətli müharibəni maliyyələşdirə bilməsi üçün mühüm amil, digər postsovet ölkələrində olduğu kimi özəl xidmət sektorunun iqtisadiyyatda xüsusi paya sahib olmaması və dövlət sektorunda məşğulluğun böyük kütlələri əhatə etməsidir”.

Bu sözləri iqtisadçı alim Vüsalə Əhmədova Rusiyadakı maliyyə sabitliyinin səbəblərini PİA.az-a şərh edərkən deyib.

Qeyd edək ki, Bloomberg rublu 2022-ci ilin əvvəlindən ən yaxşı dünya valyutası olaraq dəyərləndirib. Nəşrin yazdığına görə Rusiya Mərkəzi Bankı buna rublla olan sərmayələrin hərəkətini nəzarətdə saxlaya bildirinə görə nail ola bilib.

Bəs sanksiyalar və müharibə şəraitində Rusiya Mərkəzi Bankı makiyyə sabitliyinə necə nail ola bilir? Ümumiyyətlə rublun indiki vəziyyəti nədən xəbər verir və deçək olarmı ki, rubl üçün təhlükə artıq arxada qalıb?

Mövzunu PİA.az-ın əməkdaşı iqrisadçı alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Rusiyaya iqtisadiyyatına güclü təsir edəcək əsas sanksiyalar bu ölkədən neft və qaz idxalının durdurulması və əvəzolunmaz sərmayə mallarının bu ölkəyə ixracının dayandırılması olacaq”.

Putinin nüvə silahını ən yüksək hazırlıq vəziyyətinə gətirmək barədə göstərişindən sonra rus rublu dollar qarşısında dəyər qazanmağa başladığını vurğulayan ekspert hesab edir ki, bu sahədə Rusiya Mərkəzi Bankının atdığı bir sıra addımlar özəmli rol oynayır:

Rusiyada mövcud olan hazırkı maliyyə sabitliyini bir neçə faktorla əlaqələndirmək olar. Məlumdur ki, Rusiya prezidenti Vladimir Putinin nüvə silahını ən yüksək hazırlıq vəziyyətinə gətirmək barədə göstərişindən sonra rus rublu dollar qarşısında minimum səviyyəyə qədər endi. Bir dollar 120 rubl dəyərində idi. Rusiya Mərkəzi Bankı 4%-lik inflyasiya hədəfinə çatmaq üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyini bəyan etdi. Bunun qarşısında ilk öncə Rusiya Mərkəzi Bankı sanksiyalar qüvvəyə minər minməz təcili uçot dərəcələrini 9,5%-dən 20%-ə yüksəltdi.

Bir çox ölkələrin mərkəzi bankları kimi Rusiya Mərkəzi Bankı da pandemiya zamanı uçot dərəcəsini 4,25%-ə qədər endirmişdi, daha sonra 2021-ci ilin mart ayından etibarən faiz dərəcələrini tədricən 9,5%-ə yüksəltmişdi. Bundan əlavə, fevralın 28-dən etibarən Rusiya ixracatçılarına bütün xarici ticarət əməliyyatlarından əldə etdikləri valyuta gəlirlərinin 80%-ni satmaq məcburiyyəti tətbiq edildi. Həmçinin, yüksək qənaət, ehtiyatlı xərclər siyasəti və güclü rezervlərin var olması Risiyada maliyyə sabitliyini təmin edən faktorlardır.

Vüsalə Əhmədova: “Dövlət sektorunda işləyən və iş sığortası olan kütlələr prezident Vladimir Putinin daxili siyasətinin dəstəkçisi və təminatçısıdır”.

Bu amillərlə yanaşı bilirsiz ki, dünya bazarında enerji qiymətləri kəskin yüksəldi, təbii olaraq Rusiyanın enerji ixracından əldə etdiyi gəlirləri də artdı. Rusiyaya qarşı sanksiyalara qoşulmayan ölkələrlə yanaşı Qərb ölkələrinin çoxu da Rusiyadan enerji idxal etməyə davam edir. Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2021-ci ildə ölkənin ixracı əvvəlki illə müqayisədə 45,7% artaraq 493,3 milyard dollara, idxalı isə 26,5% artaraq 296,1 milyard dollara çatıb. Onu da qeyd edim ki, Rusiyanın dövlət borcu ÜDM-un 20%-ni təşkil edir, hansı ki, bu digər ölkələrlə müqayisədə çox aşağıdır.

Ayrıca, Rusiyanın uzunmüddətli müharibəni maliyyələşdirə bilməsi üçün mühüm amil, digər postsovet ölkələrində olduğu kimi özəl xidmət sektorunun iqtisadiyyatda xüsusi paya sahib olmaması və dövlət sektorunda məşğulluğun böyük kütlələri əhatə etməsidir. Dövlət sektorunda işləyən və iş sığortası olan kütlələr prezident Vladimir Putinin daxili siyasətinin dəstəkçisi və təminatçısıdır. Məlumdur ki, müharibə vəziyyəti ilk öncə özəl sektoru zərbə altında qoyur. Dövlət sektorunda çalışan seqment isə qiymət nəzarəti və müxtəlif müavinətlərlə yüksələn inflyasiyadan qorunur.

Rusiyaya iqtisadiyyatına güclü təsir edəcək əsas sanksiyalar bu ölkədən neft və qaz idxalının durdurulması və əvəzolunmaz sərmayə mallarının bu ölkəyə ixracının dayandırılması olacaq. Bunlar da yalnız uzunmüddətli perspektivdə mənfi nəticələrə gətirib çıxara bilər, lakin tez bir zamanda gözləmək olmaz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar