Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biznesmenləri uzaqlaşdırıb, rayonları inkişafdan qoyanlar... 

İşini düzgün qurmayan icra başçıları kimlərdir?...

2019-cu ilin ilk 9 ayında Azərbaycanın 37 şəhər və rayonuna kapital qoyuluşu ötən il ilə müqayisədə azalıb. Ən böyük azalma Naftalan rayonunda qeydə alınıb. Bu rayonun investisiya yatırımları əvvəlki ildən 10,6 dəfə azdır. Cəlilabada yatırımlar 3,3 dəfə, Ağcabədi, BərdəHacıqabula yatırımlar 4 dəfə, Yevlaxa isə 3 dəfə azalıb. 13 rayon və şəhərə qoyulan investisiyanın məbləği isə 2 dəfə və ya bu ətrafda azalıb.

Məsələ ilə əlaqədar iqtisadi ekspert Natiq Cəfərli “Yeni Sabah”a bildirib ki, icra hakimiyyətlərinin fəaliyyətinin zəif olması rayonlara investisiya qoyuluşunun azalmasına səbəb olur:

“Bunun bir çox səbəbləri var. Naftalanla bağlı bir doyumluluq məsələsi var. Naftalanda bir ara investisiya səviyyəsi yüksək idi. İnvestisiya ilə bağlı rayonda bir neçə otel tikildi. Sonradan bu qədər otelin və istirahət mərkəzinin tikilməsinə ehtiyac qalmadı. Bu Naftalanla bağlı spesifik xüsusiyyətdir. Amma digər rayonlarda infranstruktur məsələsindən tutmuş, kredit çıxışının imkanlarının məhdud olmasına qədər və bir çox problemlər var ki, iş adamları üçün müəyyən əngəllər yaradır. Bu həm də icra hakimiyyətlərinin fəaliyyətindəki nöqsanlarla bağlıdır. Son zamanlar Prezident də öz islahatlarla bağlı çıxışlarında bunu dilə gətirib. İcra hakimiyyəti başçıları öz işlərini düzgün və normal qura bilmədiklərinə görə, həmçinin investorlar üçün münbit şəraitin yaradılmaması, biznes kreditlərinə çıxışın çox məhdud olması səbəbilə rayon və şəhərlərə kapital qoyuluşunun azaldığının şahidi oluruq”.

Ekspert rayonlara investisiya qoyuluşunu artırmağın yollarından da danışıb:

“Mərkəzləşdirilmiş qaydada tədbirlərin görülməsi daha böyük effekt verər. Amma regionların özləri haqlarında iqtisadi pasport çıxarmalıdırlar. Hər bir rayonun belə bir pasportu olmalıdır. Bu pasportlarda hansı sahələrə investisiya qoyuluşu daha məntiqlidir, hansı sahələr gəlirlidir və s. haqqında məlumatlar əks olunmalıdır. Yəni iş adamlarına bir yol xəritəsi təqdim olunmalıdır. İcra hakimiyyətləri bu günədək heç bir zaman bu işlə məşğul olmayıblar”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar