Qərb Rusiyanı Ukraynada müharibəyə təhrik edir, lakin Rusiyanın kifayət qədər reaksiya göstərmək üçün yolları var.
PİA.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
"Rusiyanı müharibəyə təhrik edirlər. Qərbdəki strateji dostlarımız Rusiyanın öz nöqteyi-nəzərlərindən bu əsrin dünya sivilizasiyası üçün əsas təhlükə olduğunu təsdiqləməyə ehtiyac duyurlar. Bu təxribat uğurlu olmayacaq. Geosiyasi rəqiblərimizin hər cür təhdidinə cavab vermə qabiliyyətimiz var", - Slutski vurğulayıb.
pia.az