Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bizi gözləyən yeni dünya - Elnur Məcidli Parisdən yazır

Koronavirus pandemiyası, qlobal mənada bir çox vərdişi dəyişəcək və dünya dövlətlərini və xalqlarını daha sürətlə elektronlaşmağa və dijitallaşmağa yönəldəcək...

1. Artıq, ucqar nöqtələrdə də insanlar dijital alış-verişlə tanış olacaq. Bank kartından istifadə puldan istifadəni qısa zamanda üstələyəcək. Nağdlaşma tarixə qarışacaq. Hər ölkənin yaxud qlobal olaraq elektron valyutalar dövriyyəyə buraxılacaq.

2. Xidmət sahələri də dijitallaşacaq. Məktublarınızı poçta getmədən evinizdən göndərə biləcəksiniz. (Bu arada bu xidmət artıq Fransada var). Su, elektrik, qaz və s. ödənişlər ancaq elektron yaxud bank hesabından aylıq avtomatik köçürmə yoluyla olacaq. (Bu xidmət də Fransada yayılıb).

Həmçinin pasport, şəxsiyyət vəsiqəsi kimi müraciətlərinizi yaradılacaq elektron dövlət saytlarından təhlükəsiz bir şəkildə edə biləcəksiniz.

Barmaq iziniz elektronlaşacaq və imzanızı əvəz edəcək.

Şəxsiyyət vəsiqənizin, pasportunuzun sizə aid olub-olmadığını barmaq iziylə yoxlaya biləcəklər.

3. Kuryer və kargo şirkətləri artacaq, hətta spesifik qruplara bölünəcək.

4. Sadəcə onlayn sifariş qəbul edən depo-mağazalar artacaq.

5. Prezident və parlament seçkiləri, referendumlar dövlətin təhlükəsizliyi tam təmin olunmuş elektron portallar vasitəsiylə həyata keçiriləcək. Yaşadığın yerdə, qeydiyyatda olduğun yerdən səsvermə tarixə qarışacaq. Seçici dünyanın istənilən yerindən prezident seçkilərində istədiyi namizədə, parlament seçkisində isə qeydiyyatda olduğu ərazidən olan namizədlərdən birinə səs verə biləcək.

Səsvermə individual və seçki dönəmində aktivləşəcək tək girişli hesablar vasitəsiylə həyata keçiriləcək, səs verildikdən qısa müddət sonra hesab avtomatik deaktivləşəcək. Verilən səsi dəyişmək, təkrar səs vermək mümkün olmayacaq.

6. Açıq bazarlar və yarmarkalar zamanla tarixə qarışacaq. Əvəzində virtual yarmarkalar təşkil olunacaq.

7. Həkimlə, vəkillə və s. peşə sahibləriylə götürəcəyiniz onlayn konsultasiya və görüşlərə görə pul ödəməli olacaqsınız.

8. Kosmik sənaye və kosmos turizmi sürətlə inkişaf edəcək, yaxın 20 ildə Aya getmək, indinin ABŞ-a getməyi kimi olacaq.

Yadplanetlilərlə bağlı, ümumilikdə onların varlıqlarının olub-olmamasıyla bağlı daha dəqiq məlumatlar olacaq.

9. Koronavirusdan sonra dünya dəyişəcək, dövlətlərin və insanların fəaliyyət sistemi dəyişəcək.

Siyahını uzatmaq olar, qısası yaxın illərdə bizi sürətlə dəyişən və bizi dəyişdirən bir dünya gözləyir.

pia.az


Etiket: koronavirus

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar