Cümə, 14 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir

Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı birgə “Bizi birləşdirən mədəniyyət” layihəsinə start verir...

PİA.az xəbər verir ki, layihə çərçivəsində televiziya ilə musiqi dərsləri, kukla tamaşaları, həmçinin konsert proqramları və mono-tamaşa nümayişi nəzərdə tutulur.

Televiziya ilə musiqi dərsləri həftə içi 5 gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə edəcək.

Həftə içi 6 gün “Mədəniyyət” kanalının efirində Azərbaycan Dövlət Kukla Teatrının əməkdaşları uşaqlar üçün nağıl tamaşaları (hər gün 15 dəqiqə) təqdim edəcəklər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində kiçik musiqi qruplarının (vokal, fortepiano, skripka və s.) çıxışları lentə alınaraq televiziya ilə nümayiş olunacaq.

Layihə çərçivəsində həmçinin Beynəlxalq Muğam Mərkəzində həftə içi 5 gün olmaqla üç musiqiçinin iştirakı ilə xalq mahnıları, instrumental milli rəqs havalarının ifaları televiziya tərəfindən çəkilərək sənətsevərlərə təqdim ediləcək. Eyni zamanda Beynəlxalq Muğam Mərkəzində həftə içi 2 gün bir aktyorun iştirakı ilə müxtəlif tamaşalardan parçalar lentə alınaraq televiziya ilə göstəriləcək.

Layihə üzrə nümayiş olunacaq proqramların konkret efir vaxtı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının əməkdaşlığı əsasında həmçinin mədəniyyətimizin digər istiqamətləri – kino sənətimiz, təsviri sənət, muzeylər, kitabxanalar, tarixi abidələrimiz, xalq yaradıcılığı, yaradıcı mədəni sənaye və s. sahələrlə bağlı birgə layihələr də hazırlanmaqdadır.

Əziz həmvətənlər, bu günlər hər birimizin, yaxınlarımızın və bütövlükdə xalqımızın sağlığı naminə tətbiq olunan zəruri sosial izolyasiya və karantin rejiminə riayət etməklə bərabər, mədəniyyət və incəsənətimizdən də uzaq düşməyək. Xalqımızın ruh qaynağı olan zəngin mədəni irsimiz hər zaman bizimlədir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Heydər Əliyev Eldar Həsənovu işdən niyə çıxarmışdı?

Azərbaycan siyasətinin sirrli qapısı - Eldar Həsənov kimdir?

XİN strukturunda diplomatlarla pullar oğurlanıb - İstintaqla bağlı yeni sensasiyalı xəbərlər

Lukaşenko ilə rəqs edən 23 yaşlı deputat: “Bir-birinizin gözünə baxın”

Əsgər Ələkbərovun qardaşı oğlu 10 kq heroinlə tutuldu

"Eldar Həsənovun qaranlıq bağlantılarının olması ehtimalı çox yüksəkdir" - Natiq Cəfərli

Baş infeksionist: “Azərbaycanda ikinci dalğa başlayıb”

loading...

Ən çox oxunanalar