Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizə şər-böhtan atırlar!” - Arif Əsgərovun oğlu danışdı

Bəzi KİV-lər bir neçə gündür "Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, sonralar nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun məhkəmə prosesindən yazır

Həmin yazılarda R.Hüseynovun 4 milyon 300 min manat məbləğində dələduzluqda ittiham olunduğu bildirilir. Məlumata görə, noyabrın 22-də keçirilən sonuncu məhkəmə iclasında ev dustaqlığında olan R.Hüseynov məhkəməyə gəlməyib və qaçıb gizlənib. Buna görə də məhkəmə onun barəsində axtarışa verilməklə həbs qətimkan tədbiri seçib. Qərar icra olunması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Rahib Hüseynovun anası Lətifə Hüseynova"Kanal 24” internet televiziyasına müsahibəsində deyib ki, dörd gündür oğlu yoxdur.

“Biz kənddə yaşayan adamıq. Bu nə puludu, hara puludu, xəbərimiz yoxdu. Oğlumu itiriblər bilmirik, öldürüblər bilmirik. Yəqin oğurladıblar”- deyə qadın bildirib.

"Azərbaycan Dəmir Yolları”QSC-nin keçmiş rəisi, nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun oğlu Elnar Əsgərov modern.az-a ona və ailəsinə qarşı səsləndirilən iddiaların rədd edərək, deyilən fikirlərin həqiqətə uyğun olmadığını bildirib.

O deyib ki, qohumu Rahib Hüseynovun cinayət işi ilə bağlı istintaq 2 ildən artıqdır ki, davam edir:

“Şikayətçilərin ərizəsi əsasında bu işə baxılır. Rahib Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Bildiyimiz kimi, Rahib Hüseynovun balaca qardaşı Emil Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisənin necə başlanmasına gəlincə isə onu deyə bilərəm ki, Rahib Hüseynovun ailəsi bizim qohumdur. Bu insanlar bizim ailənin adından istifadə edərək, bir çox şəxsləri aldadıb onlardan külli miqdarda pul vəsaitləri alıblar. Bu yaxınlarda isə axşam saatlarında Rahib Hüseynovun anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov bizim evimizin qarşısında "Kanal 24” internet televiziyasının müxbirinə müsahibə veriblər. Mən də bununla bağlı Binəqədi rayon 7-ci Polis bölməsinə müraciət etdim. Müraciətimdə bildirdim ki, bu adamlar məni gecə saatlarında narahat edirlər, xahiş edirəm bununla bağlı qanunda nəzərdə tutulmuş qaydada tədbir görəsiniz. Polis bölməsinin əməkdaşları da mənə bildirdilər ki, sizin müraciətiniz araşdırılaraq, məlumat veriləcək. Təəssüf hissi ilə deyirəm ki, həmin o kanal qarşı tərəfin mövqeyini öyrənmədən materialı yayıb. Hesab edirəm ki, bu, düzgün hal deyil”.

Elnar Əsgərov deyib ki, Rahib Hüseynovun itməsinə görə anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov onu günahlandırıb:

“Rahib Hüseynov noyabrın 22-də keçirilən sonuncu məhkəmə prosesində iştirak etməliydi. Çox güman ki, o, həmin məhkəmə zamanı həbs olunacağını bilib və prosesə gəlməkdən yayınıb. Bundan sonra isə qaçıb gizlənib. Rahib Hüseynovun harada olmasını anası da bilir, atası da. Həmçinin, bizə yenidən ləkə yaxmaq üçün bu addımı atıblar. Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar. Mən istintaqla əməkdaşlıq edərək, bildiyim hər şey barədə məlumat vermişəm. Ondan istintaqa mənim barəmdə verdiyi izahatın sübutunu tələb etmişəm. Heç bir halda isə Rahib Hüseynov yazdığı izahatın sübutunu verə bilməyib. Bu insanlar təkcə bizə deyil, başqalarına da ləkə yaxıb, şər atıblar. Onlar elə bilirlər ki, şər-böhtan atmaqla bu iş həll olunacaq. Rahibin ata və anası bildirir ki, övladlarının heç bir günahı yoxdur. Mən sizi əmin edirəm ki, istintaq ərəfəsində 10-15 nəfərin Rahib Hüseynov və Emil Hüseynov qardaşları barəsindəki ifadəsini görsəniz, onların nə qədər yalan danışdığını bilərsiniz. Onların insanları aldadaraq əldə etdikləri vəsaitlərə görə bir neçə şəxs xəstəlik tapıb, tamamilə həyatları alt-üst olub. Hətta onlar mənim anamı belə, ittiham edirlər. Halbuki, mənim anam onlara analıq edib. Məndə İsmayıl Hüseynovun öz əlyazısı ilə anama yazdığı məktub var. Həmin məktubda İsmayıl Hüseynov yazıb ki, “sizə qarşı belə hərəkətlər etdiyimizə görə bizi bağışlayın”. Ancaq indi isə bu insanların hansı mövqedən çıxış etdiyini bilmək olmur. Həmin o 4 - 5 sətirdən ibarət olan məktubu göstərə də bilərəm”.

Elnar Əsgərov bildirib ki, istintaq dövründə hər bir məqam, fakt araşdırılaraq sübuta yetirilib.

“Bu iki il ərzində yetəri qədər suallar olub və onlara cavab da tapılıb. İstintaq tam şəffaf şəkildə həyata keçirilib. Bütün detallar tam şəkildə araşdırılıb. Mənim müsahibə verməyimdə əsas məqsəd isə ondan ibarətdir ki, insanlar bu işə birtərəfli qaydada baxmasınlar. Oxuculara bildirmək istəyirəm ki, bizim haqqımızda səsləndirilən fikirlərin hamısı ləkədir, şərdir. Bu, bir oyundur. Mənim əsas məqsədim, ailəmin adının bu işdə hallanmamasıdır. Rahib Hüseynova hansı maddə ilə hökm oxunacaq, nəeçə il iş veriləcək, bu artıq məhkəmənin qərarından asılı olacaq. Bunun mənə aidiyyatı yoxdur və maraqlandırmır da. Mən bir daha bütün şəxslərdən xahiş edərdim ki, bu işə birtərəfli qaydada baxmasınlar. Çünki bu insanları tanıyanlar da bilir ki, onlar yalan danışırlar. Bizə qarşı səsləndirilən fikirlərin hamısı şər və ləkədir”.

Qeyd edək ki, Rahib Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq, dələduzluq yolu ilə mənimsəyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar