Cümə axşamı, 17 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bizə ingilis dili “öyrədən” pakistanlılar... – “Nəzarət yoxdur”

Azərbaycanda insanlar yerli kadrlardan daha çox xarici müəllimlərə müraciət edirlər. Məsələ burasındadır ki, “xarici müəllim” kimi qələmə verilən əksər insanların təhsil sahəsində heç bir fəaliyyəti olmur

Problemlə bağlı “Yeni Sabah”a açıqlama verən ekspert Kamran Əsədov dövlət tərəfindən özəl sektora kifayət qədər geniş imkanlar yaradıldığını bildirir.

“Əslində, dövlətin müəyyən məsələləri həyata keçirilməsi, hansısa xidmətlərin göstərilməsi ilə bağlı vaxtı yoxdur. Onda bu işləri özəl sektor həyata keçirməlidir. Özəl sektor da bundan istifadə edir. Özəl qurumlara – kurslara, tədris mərkəzlərinə, hətta özəl liseylərə belə demək olar ki, nəzarət yoxdur. Onlar sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçirlər”.

Onun sözlərinə görə, vətəndaşların alternativi olmadığı üçün o qurumlara müraciət edirlər: “Fəaliyyəti təmamilə nəzarətsiz qalan qurumların başında hazırlıq kursları və xaricdə təhsil mərkəzləri gəlir. Onlar çox ciddi şəkildə nəzarətsizdirlər. Xarici dillərin öyrənilməsi ilə bağlı tələblər var. Vətandaşa hansı dil, hansı xidmət və hansı səviyyədə lazımdır? Onlar elə düşünürlər ki, xarici vətəndaş bunlara daha çox yardımçı olacaq.

Xüsusən də Pakistandan, Afrikadan gələnlər hazırlıq mərkəzlərində ingilis dili müəllimi kimi təqdim edilir. Halbuki, onların heç birinin pedaqoji, psixoloji və metodiki bilik və bacarıqlarının olması ilə bağlı sənəd yoxdur”.

Ekspert lisenziyalaşdırma prinsipinin tətbiq olunmasının vacibliyini qeyd edib. “Necə ki, taksiçilik fəaliyyəti ilə məşğul olanlar üçün müəyyən lisenziya mexanizmi var, - sizin öncəliklə sürücülük vəsiqəniz olmalıdır, avtomobiliniz standartlara cavab verməlidir - eyni prinsipi biz hazırlıq kurslarına, repetitorlara, tədris mərkəzlərinə də tətbiq etməliyik ki, bu sahədə çalışanlar həmin sahə ilə bağlı minimum təhsilə, bilik və bacarıqlara malik olsunlar.

Bu yoxlanılmalıdır. Bu iş üçün valideynlər çox böyük məbləğdə pul vəsaitləri itirir. Onlara deyirlər ki, bizim müəllimlərimiz sizə xarici dili akademik səviyyədə öyrədəcək, amma müəllimlərin akademik təhsili yoxdur. Onlar yalnız ümumi səviyyədə öyrədirlər. Hər hansı sertifikatlar verilmir”.

Onun sözlərinə ölkədə kifayət qədər peşəkar işçi var: “Hər xarici vətəndaş ingilis dilini yaxşı tədris edəcək deyə bir şey yoxdur. Bu sahədə Azərbaycanda kifayət qədər kadr var. Azərbaycan Xarici Dillər Universiteti hər il əmək bazarına xeyli sayda kadr buraxır. Orta ümumtəhsil mətkəblərində, ali məktəblərdə dünyanın ən aparıcı xarici dilləri ilə bağlı mütəxəssislər var və pedaqoji normalara uyğun olaraq bu işi görə bilərlər”.

Kamran Əsədov problemin maddi məsələlərdən qaynaqlandığını deyib: “Ölkəyə turist kimi, bu və ya digər şəkildə işləməyə gələn şəxslər özlərinin ekstra əlavə vaxtlarını pulla dəyərləndirirlər. Azərbaycanda təhsil almağa gəlmiş xarici ölkələrin vətəndaşları, xarici şirkətlərin burada nümayəndəlikləri var. Buradakı şəxslər əlavə iş yeri kimi tədris qurumlarına müraciət edir. Xarici ölkələrin vətəndaşları Azərbaycanda yalnız çalışdıqları sahələr üzrə çalışma izni alırlar. Həmin şəxsləri müxtəlif obyektlər qeydiyyatdan kənar cəlb edirlər.

Xarici ölkə vətəndaşı Azərbaycanda işləmək üçün Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməli və illik 3000 manata qədər rüsum ödəməlidir. Bunu həm özü, həm də işəgötürənlər ödəməlidirlər. İşəgötürənlər isə xidməti müqavilə imzalayırlar, bunun üçün icazə lazım deyil. Bununla bağlı vergi ödəmirlər. Onlara ucuz işçi qüvvəsi lazımdır.

Azərbaycan qanunvericiliyində vergi məsələləri ilə bağlı boşluq mövcuddur. Azərbaycanda tədris mərkəzləri, hazırlıq kurslarıının fəaliyyətləri, xaricdən gəlib burada xidmət göstərənlər üçün mütləq şəkildə lisenziyalaşdırma olmalıdır. Təhsil Nazirliyi, Dövlət imtahan mərkəzi, institutlar və akademiyaların birlikdə olduğu işçi qrupu yaradılmalıdır. Kimsə elmi, tədris, pedaqoji, repetitor fəaliyyəti, yaxud dil kursu ilə məşğul olacaqsa, buradan keçməlidir və lisenziya almalıdır. İnsanlar da bilməlidir ki, kimin yanına gedirlər”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar