Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bizdə də Çindəki kimi küçədə yıxılmalar olacaq” - Professorun koronavirus təşvişi

Yoluxmanın sürətlə artması karantin rejiminin yüngülləşdirilməsi ilə birbaşa əlaqəlidir, yoxsa pandemiya Azərbaycanda pik səviyyəsinə doğru indi gedir?..

Tibb elmləri doktoru: “İnsanlar bilməlidir ki, vəziyyət təhlükəlidir. Həmçinin inanmalıdırlar ki, doğrudan da belə virus var”...

“Karantin rejiminin yumşaldılması üçün atılan addım gözlənilən idi. Buna mütləq gedilməli idi”.

Bu sözləri tibbi elmləri doktoru, professor Adil Qeybulla son günlər ölkəmizdə koronavirusa yoluxanların sayının kəskin şəkildə artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Karantin rejiminin yumşaldılması ilə paralel olaraq Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqdadır. Hazırda Azərbaycanda koronavirusa yoluxma halları təkcə ölkəyə xaricdən gələn şəxslər arasında aşkar edilmir, həm də artıq ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır.

Nazirlər Kabineti konkret şəhər və rayonların adını çəkməsə də, Azərbaycanın müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma hallarının olduğunu bildirib.

Xatırladaq ki, dünən Azərbaycanda daha 257 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948-ci, 1953-cü və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Bəs yoluxmanın sürətlə artması karantin rejiminin yüngülləşdirilməsi ilə birbaşa əlaqəlidir, yoxsa pandemiya Azərbaycanda pik səviyyəsinə doğru indi gedir? Ümumiyyətlə aparılan mübarizə metodunun hansı qüsurlu tərəfləri var?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Azərbaycanda karatin rejimini yumşaltmaqdan əvvəl gərək karantin qaydalarını şərtləndirərdilər. Yəni insanlara birmənalı şəkildə deyilərdi ki, karantin qaydaları yumşaldılır, amma davranışlar qalmalıdır”.

Azərbaycanda karatin rejimini yumşaltmaqdan əvvəl karantin qaydalarınının şərtləndirilməli olduğunu düşünən professor bildirib ki, insanlara birmənalı şəkildə karantin qaydalarının yumşaldırıldığını, amma davranışların qaldığı deyilməli idi:

“Əslində karantin rejiminin yumşaldılması üçün atılan addım gözlənilən idi. Buna mütləq gedilməli idi. Çünki insanlar uzun müddət, xüsusən də yay aylarında evdə saxlanıla bilməz.

Açıq etiraf etmək lazımdır ki, karantin rejimi dövründə insanlar evlərində normal oturmadılar. Hamı icazə alıb bayıra çıxırdı, qonaq gedirdi. Həmçinin də bayıra çıxırdılar söhbət edirdilər. Yoluxmaların çoxu da elə o vaxt baş verdi. Baxmayaraq ki, ölkədə karantin rejimi tətbiq edilmişdi. Sərt karantin rejimi Çində həyata keçirildi və nəticə də verdi.

Adil Qeybulla: “Ölkədə vətəndaş məsuliyyətsizliyi ortadadır. Buna görə də koronavirusa ölkədə pik həddə çatdı”.

Azərbaycanda karatin rejimini yumşaltmaqdan əvvəl gərək karantin qaydalarını şərtləndirərdilər. Yəni insanlara birmənalı şəkildə deyilərdi ki, karantin qaydaları yumşaldılır, amma davranışlar qalmalıdır. Yəni maska taxılmalı, sosial məsafə gözlənilməlidir, əllər dizenfeksiya olunmalıdır vəs. Bunların heç biri olmadı. Həmçinin də indi bu tələblərə əməl edilmir. Neçə gündür insanlar bulvarda sosial məsafəyə gözləmədən gəzirlər. Sanki heç nə olmayıb. Sosial şəbəkələrdə bu barədə yazırsan şərhdə təhqirlər yazırlar.

Ölkədə vətəndaş məsuliyyətsizliyi ortadadır. Buna görə də koronavirusa ölkədə pik həddə çatdı. Virusa yoluxanların sayı hələ artacaq. Mən qorxuram ki, bizdə də Çindəki kimi küçədə yıxılmalar olacaq. İnsanlar bilməlidir ki, vəziyyət təhlükəlidir. Həmçinin inanmalıdırlar ki, doğrudan da belə virus var”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar