Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz şəhid olub cənnətə düşəcəyik, onlar isə sadəcə gəbərəcəklər...” - Putin

Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi zamanı nələrin baş verəcəyi haqda danışıb və rusiyalıların yerinin “cənnət olacağını” proqnozlaşdırıb

Virtualaz.org RİA Novosti-yə istinadən xəbər verir ki, Putin “Valday” diskussiya klubunun yığıncağında çıxışı zamanı Rusiyaya qarşı nüvə silahının tətbiq edilməsi ehtimalından bəhs edib. O deyib ki, Rusiyanın nüvə doktrinasında preventiv nüvə zərbəsi nəzərdə tutulmayıb. Ona görə də bu cür silahlar ancaq cavab zərbəsi kimi istifadə edilə bilər.

“Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır və o məhv ediləcək. Biz isə təcavüzün qurbanları olaraq şəhid kimi cənnətə düşəcəyik, ancaq onlar sadəcə olaraq gəbərəcəklər, çünki heç günahlarının bağışlanmasını xahiş etməyə vaxt tapmayacaqlar”-Putin deyib.

Rusiya prezidenti Gürcüstan və bəzi keçmiş sovet respublikalarının ərazisində ABŞ-ın məxfi laboratoriyalarında biloji silah hazırlandığı haqda iddialara da toxunub. Deyib ki, bu barədə xəbərləri eşidib və əgər Gürcüstan ərazisində genetik araşdırmaların aparılması doğrudursa bu çox təhlükəlidir.

“Deyilənə görə orada artıq heyvanlar üzərində sınaqlar aparılır. Orada itləri, siçovulları, hansı ki, onların genetik dövrü sürətlidir...artıq elə dəyişikliklər baş verir ki, ilkin simalarını kardinal şəkildə dəyişirlər. Əgər bu belədirsə deməli böyük təhdid təşkil edir. Necə mübarizə aparmaq olar-başa düşmək lazımdır ki, heç nə heç yerdən yaranmır və heç yana yoxa çıxmır. Hərəkət əks hərəkətə bərabərdir. Ona görə də əgər kimlərsə belə fəaliyyətlə məşğul olursa bilməlidir ki, başqaları da bununla məşğul olacaq”-Rusiya prezidenti deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar