Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz seçki polisi deyilik” - ATƏT-in Bakıdakı missiyası

Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçkiləri Müşahidə Missiyası yanvarın 7-dən fəaliyyətə başlayıb...

Bu barədə missiyanın rəhbəri Piter Teyler yanvarın 7-də Bakıda keçirdikləri mətbuat konfransında məlumat verib.

P.Teylerin sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərardan sonra Azərbaycan hökuməti Büroya seçkiləri müşahidə etmək üçün müraciət göndərib: «Məsələ ilə bağlı keçən il dekabrın ortasında bizim qiymətləndirmə missiyamız Azərbaycana gəlib».

P.Teyler əlavə edib ki, əsas ekspertlərdən ibarət nümayəndə heyəti 11 nəfərdən ibarətdir: «Əsas heyət ATƏT-in öhdəlikləri çərçivəsində müşahidə aparacaq. Həmçinin, milli müşahidəçilərdən ibarət heyət də olacaq. 30 nəfər uzunmüddətli müşahidəçi cəlb ediləcək. 350 nəfər qısamüddətli müşahidəçi olacaq və onlar seçkidən bir neçə gün öncə Azərbaycana gələcək. AŞPAATƏT nümayəndələri də seçki günü Müşahidə Missiyasına qatılacaq».

P.Teyler vurğulayıb ki, qurumun seçkilər barədə əvvəldən formalaşdırılmış fikri yoxdur: «Biz müşahidə etməyə gəlmişik və əvvəlki seçkilərlə müqayisə aparmayacağıq». Missiyanın rəhbəri deyib ki, namizədlərin qeydiyyatı, söz, ifadə, sərbəst toplaşma azadlığı və başqa məsələlərə nəzər yetiriləcək: «Bunun üçün biz siyasi partiya, vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri (KİV) nümayəndələri və namizədlərlə görüşlər keçirəcəyik».

P.Teyler bildirib ki, seçkilərlə bağlı heç bir şərh verilməyəcək, yalnız hesabat hazırlanacaq: «Biz seçki polisi deyilik. Biz seçkiləri yalnız müşahidə edəcəyik. Müşahidələrimiz əsasında hesabat hazırlanacaq».

P.Teylerin sözlərinə görə, seçkilərin növbəti günü ATƏT DTİHB-nin missiyası mətbuat konfransı keçirəcək: «Orada biz ilkin nəticələr barədə məlumat verəcəyik. Seçkilərdən iki ay sonra isə yekun hesabat dərc olunacaq. Orada tövsiyələr da yer alacaq».

«Azərbaycanda seçkilərdən sonra ATƏT-in verdiyi tövsiyələrə əməl olunurmu» sualına cavab olaraq isə P.Teyler deyib ki, ATƏT DTİHB Azərbaycana tövsiyə verə bilər, amma buna necə əməl etmək dövlətin, ictimaiyyətin verəcəyi qərardır.

Missiyanın baş seçki məsləhətçisi Vladimir Misev isə deyib ki, qurumun əvvəlki seçkiyə dair tövsiyələrinin bir qismi yerinə yetirilməyib: «Biz ehtiyacların qiymətləndirilməsi missiyasını da həyata keçiririk və müşahidə missiyası da həmin metodologiya əsasında öz fəaliyyətini qurur. 2019-cu ilin dekabrında yaradılmış ehtiyac qiymətləndirmə missiyası əvvəlki tövsiyələrin necə icra olunmasını qiymətləndirib. Bu barədə hesabatımız var. Bu hesabatın hamısını indi əhatə edə bilmərəm, amma bir şeyi deyə bilərəm ki, əvvəlki seçkidən sonra seçki qanunvericiliyi, bizim tövsiyəmizə rəğmən dəyişdirilməyib. Odur ki, bizim bir çox tövsiyələrimizə əməl olunmayıb».

Bundan əvvəl, 2015-ci ildə Azərbaycanda keçirilən son parlament seçkilərini ATƏT DTİHB izləməyib. Azərbaycan hökuməti geniş sayda müşahidəçilərin gəlməsini istəmədiyindən qurum sonradan seçkini izləməkdən imtina etmişdi. Amma 2018-ci ildə növbədənkənar prezident seçkisinə müşahidəçilər göndərmişdi. (Azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar