Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biz Prezidentimizlə fəxr edirik

Nəsimi RİH könüllüsü Həsənli Vüqar yazır...

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev vaxtaşırı olaraq regionlara səfərlər edir, yerlərdəki inkişaf və quruculuq işlərilə yaxından tanış olur. İctimayət qarşısında çıxışlar edərək Azərbaycanda aparılan quruculuq, abadlaşma işləri, hər bir şəhərdə sosial obyektlər, gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilməsi, yollar çəkilməsi, qazlaşdırma aparılması ilə əlaqədar cəmiyyətimizə, müxtəlif dövlət qurumlarına, eləcə də xarici dövlətlərə, xüsusilə də işğalçı dövlət olan Ermənistana tarixi mesajlar verir. Dövlət başçısının bu mesajları cəbhə bölgəsindən verməsi təsadüfi deyildi.
Ölkə rəhbərinin 2020-ci ilin iyunun 3-də Tərtər rayonuna səfəri və bu rayonun da Olimpiya İdman Kompleksinin açlışında bir qrup idmançı qarşısında etdiyi çıxışında Qondarma Dağlıq Qarabağ marionet rejiminin 31 martda keçirilən prezident və parlament, 14 apreldə keçirilən təkrar prezident sekilərinə toxunması bu baxımdan mühüm önəm daşıyır . Çıxışda həmin seçkilərin heç bir dövlət və beynəlxalq qurumlar tərəfindən tanınmadığı vurğulanmaqla bərabər, təkcə Avropa Şuraının susması və bu qurumun ikiüzlülüyünü açıq-aydın ortaya qoymasını bildirildi. Dünyaya guya haqq-ədalət car edən bu qurumun Qarabağın işğalına, insanların yurd-yuvalarından didərgin düşmələrinə, vəhşicəsinə işgəncələrlə öldürülmələrinə, soyqrımlara susması onun iç üzünü aydın göstərdi. Haqlı olaraq Prezident İlham Əliyen bu qurumun qərarlarını “kağız parçası” adlandırdı.

Çıxışında Prezident İlham Əliyev vurğulamışdır ki, “AŞPA-nın bu qədər ölkəmizə canı yanırsa, burada insan hüquqlarının pozulmasından narahatdırsa, bəs nə üçün Azərbaycan ərazilərinin işğal olunması nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə Azərbaycanlının taleyinə biganə qalır. Bəs nə üçün həmin qurum Dilqəm Əsgərov və Şahbaz Quliyevin pozulmuş hüquqlarının bərpası ilə bağlı cəhd belə göstərmir. Məgər onlar insan deyil?!”

Öz nitqində prezident İlham Əliyev Avropa Şurası və AŞPA-nın ölkəmizə qarşı Azərbaycanafobiya hərəkətlərini aydın göstərib.

Avropa Şurası və AŞPA ikili standartların ən çox vüsət aldığı bir qurumdur. Bu qurum Ermənistanda və onun işğal altında saxladığı Qarabağ və digər Azərbaycan torpaqlarında baş verən hadisələrə - qondarma seçkilərə, qırğınlara, siyasi təqiblərə bir dəfə də olsun münasibət bildirməyib, terrorçu Ermənistanı ifşa etməyib. Pandemiya dövründə keçirilən və faktiki olaraq insan həyatı üçün təhlükə yaradan seçkiləri belə görməzdən gəlib. Avropa Şurasının əsl və saxta mahiyyəti bax budur: -deyə Prezident qeyd edib.

Avropa Şurasında mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların olduğuna diqqəti çəkən ölkə rəhbəri bəyan edib ki, Avropa Şurası və AŞPA-nın ölkəmizə qarşı Azərbaycanafobiya hərəkətlərini aydın görür. Qurum dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil və Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdandır ki, itirib. Ona görə ki, hətta Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına Avropanın digər təsisatları kimi Avropa Şurası və AŞPA tərəfindən də tam biganə münasibət bəslənilir.

“Fransada aylarla davam edən “sarı jiletlilər”lə polis qarşıdurmasında yüzlərlə günahsız insanın həbsi, bu zorakılığın qurbanları, dağıntılar və digər pozucu hadisələr barəsində Avropa Şurası susdu. ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” - deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar bəyanat verildimi? Yox verilmədi! Hazırda bu məsələ ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilməsə də, Avropa Şurası heç nə “eşitmir” və heç nə “görmür”. Sadəcə susur.

Prezident işğalçı Ermənistanın bir terror dövləti olduğunu, həmişə terrorçuluğu təbliğ etdiyini müxtəlif beynəlxalq platformalarda bəyan etdiyi kimi, cəbhə bölgəsindəki çıxışında bunu yenidən dilə gətirməsi işğalçı ölkənin əsl terrorçu mahiyyətinin yenidən gündəmə gətrilməsi oldu.

O bildirdi ki, “ İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir”.

Həmçinin Prezident İlham Əliyev indiki Ermənistanın tarixi Azərbaycan torpağında yaradıldığnı, ermənilərin torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürüldüklərini qeyd etməklə ermənilərə tarix dərsi verib.

O, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaltdıqlarənı sübut kimi təqdim edib. 1918-ci il mayın 29 da Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana verilsin. Sonralar Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verib. Yəni ermənilərin gəlmə olduqlarını, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürüldüklərini sübut edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən prezident vurğulayıb ki, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır.

pia.az

 






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar