Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Biz bu əxlaqsız adamları nümunə kimi əhaliyə “sırıyırıq”” – Seymur Verdizadə

 

“Azərbaycan cəmiyyətində sağlam mənəvi mühitin yaranması üçün ciddi adamların sözünə, məsləhətinə ehtiyac var. Nə qədər ki, ziyalı adamların, jurnalistlərin üzü Azərbaycan efirlərinə bağlıdır, biz bu cür eybəcər və acınacaqlı hallarla üz-üzə qalacağıq”

PİA.az bildirir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib. O, Azərbaycanda ailəli qadının subay oğlana qoşularaq evdən qaçması məsələsinə sərt reaksiya verib:

“Bu məsələ ilə bağlı mənim fikirlərim təbii ki, mənfidir. Bu, cəmiyyətdə mənəvi deqradasiyanın, aşınmanın göstəricisidir. 3 uşaq anası olan qadının subay oğlana qoşulub qaçması bir gündə baş verməyib. Uzun illərdir ki, Azərbaycanda bu cür eybəcər hallar üçün zəmin yaranır.

Başqasının ailəsini dağıdan, öz uşaqlarını atanlar sıravi insanlar olmayıblar. Bu proses varlı adamlarla, şou biznes əhli ilə başlayıb. Mən uzun illərdir efirdə deyirəm ki, ictimai qınaq olmalıdır, bu tip hallara cəmiyyət təpki göstərməlidir. Təəssüflər olsun ki, bizim cəmiyyətimiz bu tip məsələlərdə səmimi deyil.

Cəmiyyət imkanı və pulu olanların bütün hərəkətlərini həzm edir. Kasıbları isə qınayırlar, onların qarışqa qədər səhvini böyüdüb fil edirlər. Düşünürlər ki, adam varlı və məşhurdursa, o hər hərəkəti edə bilər, başqasının ailəsini də dağıda bilər, öz evinə qızı yaşda, oğlu yaşda adamı da gətirə bilər. Ucqar kəndlərdə, rayonlarda yaşayanlar sadə adamlar bu tip halların adiləşdiyini görürlər, artıq Azərbaycanda bu halların elə də qınanmadığının şahidi olurlar. Fikrimcə, buna görə də, bu tip hallar yayılır”.

S. Verdizadə bu kimi məsələlərdə kütləvi informasiya vasitələrinin rolundan danışıb. O bildirib ki, efirlərdə insanları öz tərbiyəsi ilə örnək ola biləcək insanlar göstərilməlidir:

“Biz KİV olaraq bunun qarşısını tamamilə ala bilmərik düzdür, amma bunu adiləşdirməməliyik. Mən televiziyada əxlaqsızlığı təbliğ edən verilişlərin tamamilə aradan qaldırılmasının tərəfdarıyam. Hesab edirəm ki, efirlərə cəmiyyətə öz əxlaq və tərbiyəsi ilə nümunə ola biləcək insanlar çıxmalıdırlar. Elə insanlar ki, onların xalqa söz deməyə haqqı olsun.

Efirə beş dəfə ailə qurmuş müğənnini və ya “ailəni pencək kimi dəyişən” hansısa iş adamını çağırıb, onun xalqa məsləhət verdiyini, ağıl öyrətdiyini görəndə, təbii ki, yeniyetmələr, gənclər də onların arxası ilə gedəcək.

Azərbaycan telekanallarını, mətbuatını ziyalıların, fikir, düşüncə adamlarının üzünə açmaq lazımdır. Nəhayət, Azərbaycan kanallarını yelbeyin şou əhlindən qutarmaq lazımdır. Bu tip hadisələrin çoxalması təkcə telekanalların günahı deyil, ümumilikdə cəmiyyətin günahıdır. Bu gün biz əxlaqsız adamları nümunə kimi Azərbaycan yeniyetməsinə, gəncinə “sırıyırıq”. Cəmiyyət insanlara mövqeyinə görə, sosial statusuna görə qiymət verməməlidir. Hər kəsə öz əməlinə görə qiymət verilməlidir”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar