Bitkoin 20 faizdən çox ucuzlaşıb
Dünyanın ən populyar kriptovalyutası sayılan bitkoin 20 faizdən çox ucuzlaşıb. Bir bitkoin hazırda 6.3 min dollardan da ucuz satılır.
Bu haqda “Reuters” Bitstamp birjasının məlumatlarına istinadən məlumat yayıb.
Agentlik, kəskin ucuzlaşmanın nə ilə əlaqədar olduğunu öyrənə bilməyib.
Bundan əvvəl, bitkoin məzənnəsinin 2018-ci ilin iyul ayından bəri ilk dəfə olaraq 8000 dollara qalxdığı xəbər verilirdi.(Oxu.az)
pia.az