Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci qız, sonra sevgilisi özünü dənizə atdı - Bulvardakı intiharın təfərrüatı

Bakıda sevgililərin qovuşmasına razılıq verilməməsi sonda ölümlə nəticələnib...

PİA.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, bu gecə 2 radələrində bir nəfərin Bakı bulvarında dənizə düşməsi barədə yayılan rəsmi açıqlamanın detalları məlum olub.

Belə ki, Sabirabad rayonunun Qardaşlı kənd sakinləri olan 1995-ci il təvəllüdlü Balahüseyn Məmmədov Zöhrab oğlu və 1998-ci il təvəllüdlü Günel Rzazadə Müğdət qızı bir-birlərini seviblər.

Lakin ailələr onların birlikdə olmasına razı olmayıb. Buna görə də cütlük Bakıda bulvarda görüşüb.

İlk olaraq Günel Rzazadə intihar etmək məqsədilə özünü dənizə atıb. Sevgilisini xilas etmək istəyən Balahüseyn Məmmədov da onun arxasınca özünü suya atıb. G.Rzazadə hadisə nəticəsində suda boğularaq vəfat edib. B.Məmmədov isə xilasedicilər tərəfindən sudan sağ çıxarılıb.

***

Hava şəraiti ilə bağlı Xəzər dənizinin kəskin dalğalı olması səbəbindən G.Rzayevanın meyitinin axtarışı mümkün olmayıb. B. Məmmədov Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti kafidir.

Faktla bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

pia.az


Etiket: Bakı intihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar