Bazar ertəsi, 06 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Biri sevir, o biri boşanır, digəri siyasətdədir... – Ulduzların aqibəti

Hindistan filmləri həmişə xeyrin şərə qalıb gəldiyi nağıldır...

Mahnılar, rəqslər, şeirlər, gülüş və göz yaşları, rəngarəng çiçəklər, məftunedici gözəl insanlar, göy gurultusu, yağış, uşağın doğulması, qadının atılması - bunlar Hind filmlərinin vazkeçilməz komponentləridir. Bir də aktyorlar, bu filmlərin unudulmaz aktyorları.

PİA.az bildirir ki, Lent.az bir vaxtlar sevilən o aktyorların indi nə etdiklərini, necə göründüklərini araşdırıb.

Amitabh Baççanın indi 77 yaşı var. Hind xalqı üçün o, sadə aktyor deyil, “sənətin Allahı”dır. Məşhur şairin onun yolunu davam etdirməyib aktyor olan oğlu. Orta məktəbi bitirən kimi “Bombeyə, Bollivudu fəth etməyə gedirəm” deyib və edib.

“Qisas və qanun” filmi ilə gənc aktyor bir gündə şöhrət qazanmışdı. Həmin filmin çəkilişlərində də həyat yoldaşı ilə tanış olmuşdu. Coy Bhadurinin indi 72 yaşı var. Bir oğul və bir qızları var. Arada başqasına vurulsa da həyatının ağır dönəmlərində, reanimasiyada yatanda başının üstündə olan xanımından utanıb və sağalandan sonra bir daha ona xəyanət etməyib. Amitabh indi də populyarlığın zirvəsindədir. Televiziyada “Milyonçu” şousunun aparıcısıdır.

Mithun Çakraborti 70 yaşındadır. Aşağı təbəqədən olduğu üçün onu Kino institutuna qəbul etməyiblər, sonra istedadını görüb, vicdanları oyanıb. 1982-ci ildə “Disko rəqqası” ekranlara çıxanda filmdə aktyor hardasa həm də öz taleyini oynayırdı. Ona görə də canlı və inandırıcı alındı, dərhal populyarlıq qazandı. Film indi hind kinosunun klassikası sayılır. Mithun isə ikinci adı qazandı o filmlə - Cimmi. 100-dən artıq filmə çəkilsə də Cimmidir ki Cimmi. Hind aktrisası Yohita Bali ilə evlidir, dörd uşaqları var – üç oğlan, bir qız. Hazırda Mithun yenə filmlərə çəkilir və sevilir.

Rekhanın 65 yaşı olur. 12 yaşından filmlərə çəkilir. Atası onları atıb gedəndən pul qazanmağa məcbur olduğu üçün kinolara çəkilməyə başlayıb. Hind gözəlinin karyerasında 200 film var. Gözəlliyinə və şöhrətinə rəğmən, şəxsi həyatında xoşbəxt deyil. Əri intihar edəndən sonra aktrisa ailə qurmayıb. Uzun müddət Amitabh Baççanla sevgili olub. Amitabh ağır xəstəlikdən sağalandan sonra ailəsinə sadiq olub, Rakhadan uzaqlaşıb. Aktrisa yaxın rəfiqəsi ilə yaşayır və kinoya çəkilir.

Rişi Kapur 68 yaşındadır. Əfsanəvi Rac Kapurun oğludur. Elə bir ailədə dünyaya gəlib ki, sadəcə aktyor olmalı idi. “Bobbi” kinosu ilə şöhrət qazanıb. Karyerası ondan sonra yüksələn xətlə gedib. Rejissor kimi bir neçə film də çəkib, amma hiss edib ki, ondan rejissor olmaz. O vaxtdan yalnız kinoya çəkilir. Evlidir, iki uşağı var.

Dharmendranın 84 yaşı var. “Zita və Gita” ilə tanınıb. Populyarlığı isə ona “Daş və çiçək” filmi gətirib. 19 yaşı olanda onu zorla Prakaş Kapur adlı qadınla evləndiriblər, iki uşaqları da olub. Sanni və Bobbi Deollar hər ikisi indi tanınmış aktyorlardır. İzdivac isə pozulmağa məhkum idi. Dharmendra ikinci dəfə Hema Malini ilə evlənib. Onlar Bollivudun ən çox müzakirə mövzusu olan cütlüyüdür. İki qızları var. İndi siyasətlə və kino ilə məşğuldur.

Hema Malini isə 69 yaşındadır. Zita, həm də Gita. Bu aktrisanı heç hind filmlərini sevməyənlər də tanıyır. “Sevimli Rac”, “Qisas və qanun” kimi filmlərin də ulduzudur.

Filmlərə prodüserlik edir. Siyasətçi həyat yoldaşı ilə birgə həm də filmlərə çəkilir.

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamağa məcburuq? – Fotolar

İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir

ANS-in məşhur aparıcısının atası da koronavirusdan öldü - anasından 1 həftə sonra

Keçmiş deputat icra başçısına “artist” dedi

Bakı polisi hoteldə əməliyyat keçirir - Foto, Video

"İslahatların sürəti məndə ciddi narahatçılıq doğurur" - Qüdrət Həsənquliyev

Kəmaləddin Heydərovun işçisi QHT sədrini ölümlə hədələyib? - Açıqlama

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz… – Video

loading...

Ən çox oxunanalar