Türk əsgəri İraqın şimalındakı Haftanin bölgəsində şəhid olub...
PİA.az xəbər verir ki, məlumatı Milli Müdafiə Nazirliyi "Twitter"də yayıb: "İraqın şimalındakı Haftanin bölgəsində terrorçularla atışma zamanı 1 əsgərimiz qəhrəmancasına şəhid olub, 3 əsgərimiz isə yaralanıb. Bölgədə 12 PKK terrorçusu məhv edilib".
pia.az