Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir tikə çörəyin 36 illik xətri

Stalin nə kotlet gizlədən Kalinini, nə də onun özünü gizlədən Qapayevi unutmayıb...

O, bir çox rəsmi titulların sahibi olub, professor, geologiya üzrə elmlər doktoru, əməkdar elm xadimi, bir neçə nüfuzlu akademiya və institutların fəxri doktoru və s. Aleksandr Qapayev öz dövrünün ən tanınmış alimlərindən biri sayılıb, onu hətta “daş kömür hasilatının atası” da adlandırıblar. Çılğın gənclik illərində, yəqin ki, heç kim Qapayevin gələcəkdə elm adamı olacağına inanmayıb.

Aleksandr Qapayev 1881-ci ildə Orlovda anadan olub. Həmin şəhərdə orta təhsilini başa vurduqdan sonra Sankt-Peterburqda Dağ Mədən İnstututuna daxil olub. Üçüncü kursda oxuyanda Qapayev tələbələr arasında bolşevik təbliğatı apardığına, tələbə hərəkatının yaradılmasında fəal iştirakına görə institutdan xaric olunub. Gənclik illərindən siyasi proseslərdə yaxından iştirak edən Qapayev elə həmin illərdən Vladimir İliç Leninlə, İosif Stalinlə yaxın münasibətlər qurub.

Partiya təxəllüsü “Molodenkov” olan Aleksandr Qapayev siyasi fəaliyyətinə görə 1907-ci ildə həbs edilib, dörd ay həbcxanada qalıb. Azadlığa çıxdıqdan sonra o, təhsilini davam etdirməyə müyəssər olub.

Qapayev 1910-cu ildə institutu fərqlənmə diplomi ilə bitirib. Amma müvafiq qurumlar siyasi baxışlarına görə, onu dövlət qurumlarında işə qəbul etməyiblər. O, bir neçə il Geologiya institutunda ştatdankənar, qeyri-rəsmi işçi kimi çalışıb. 1914-cü ildə isə Qapayev qərbi Sibirə, Kemerevo vilayətinə daş kömür yataqlarında geoloq kimi işə başlayıb.

Sovet hökuməti qurulduqdan sonra Aleksandr Qapayev siyasi fəaliyyətdən uzaqlaşıb, bütün vaxtını və gücünü elmə həsr edib. O, ayrı-ayrı vaxtlarda Moskva Dağ Mədən İnstitutunda kafedra müdiri, Akademiyanın Geologiya İnstitutunda elmi şuranın rəhbəri vəzifələrində işləyib. Eyni vaxtda 1925-1930-cu illərdə Qapayev Rusiya Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsini də daşıyıb.

Siyasətdən uzaqlaşsa da, Aleksandr Qapayev məqam düşdükcə siyasi proseslərə münasibət bildirməkdən, mövqeyini açıqlamaqdan çəkinməyib. Stalinlə yaxın tanışlığı olmasına baxmayaraq, mövcud dövrdə baş verən repressiya hadisələrini sərt tənqid edib və elə 1948-ci ilin iyul ayında, repressiyaların icraçıları, “NKVD” əməkdaşları onun da qarısını döyüblər, Qapayevi həyətdə gözləyən “qara maşına” əyləşdiriblər.

Sözsüz ki, Qapayev onu hara apardıqlarını yaxşı bilib, adətən qəfil peyda olan bu “qara maşın”ların son dayanacağı “NKVD”-nin yerləşdiyi məşhur Lubyanka olub. Amma professor yanılıb. Maşın Stalinin bağına istiqamət alıb. Bu səfəri Qapayevin bacısı oğlu, həm də Nikita Xruşovun kürəkəni, tanınmış jurnalist Aleksey Acubey dayısı haqqında yazdığı kitabda belə təsvir edib:

“Stalin Qapayevi mehribanlıqla qarşılayıb:

- Çoxdandır görüşmürük, amma heç dəyişməmisən. Tez-tez haqqında mətbuatda çıxan yazıları oxuyuram. Sən belə yazılara layiq alimsən. Müharibə dövründə daş kömür hasilatı sahəsində gördüyün işlər vətən qarşısında danılmaz xidmətlərindir.

Daha sonra Stalin professorun işləri ilə maraqlanıb, poblemlərini soruşub. Qapayev hər şeyin qaydasında olduğunu, heç bir köməyə ehtiyac olmadığını söyləyib. Görüşdə Stalin ona, 36 il əvvəl, 1912-ci ildə baş verən hadisəni xatırladıb:

- Yəqin unutmamısan Sibirdən sürgündən qaçanda məni evində gizlətdiyini. Mən həmin vaxt sənə bir məsələni danışmamışdım. Mən sizdən əvvəl Kalininin evinə getmişdim. Möhkəm ac idim, ondan yemək istədim, o isə mənə stolun üstündə olan kartof kotletini təklif etdi. Mətbəxdən isə bişirilmiş ət iyisi gəlirdi. Kalinin onu məndən gizlətdi və mən onlardan çıxıb sizə gəldim. Sən son tikəni də mənimlə bölüşdün. Bunlar kiçik hadisələr olsa da, yaddaşa ömürlük həkk olunur.
Sonra Stalin otaqdakı şkafın siyirməsindən bir qovluq və təxminən ayaqqabı qutusu boyda bir qutu çıxarıb. Qovluğu Qapayevə uzadıb:

- Qapayev, mən səni Stalin mükafatına layiq görmüşəm. Fərman qovluğun içərisindədir. Sən buna layiqsən və bu mükafatı sən özün qazanmısan.

Professor təşəkkür edib sağollaşanda Stalin onu saxlayıb:

- Qutunu yadından çıxartdın.

O, qutunu açıq şəkildə Qapayevə verib və zarafatla deyib:

- Sənin saymağına ehtuyac yoxdur, özüm saymışam, hər biri on min rubl olmaqla 15 bağlamadır. İndi mən köməlçilərimə deyərəm, onları maşına daşımaqda sənə köməklik edərlər...”

Qapayev Stalini evdə gizlətməyi haqqında heç vaxt və heç kimə danışmayıb. Təbii ki, bu professorun təvazökarlığından irəli gəlib. Stalin isə bu təvazökarlığı özünə məxsus qiymətləndirib.

Qeyd edək ki, Aleksandr Qapayev 1958-ci ildə, 76 yaşında vəfat edib.

İlham Cəmiloğlu(Musavat.com)

pia.az


Etiket: Stalin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar