Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir sui-qəsdin təfərrüatları: İngiltərə-ABŞ gərginliyi “Ayətullah” Mayklın edamı ilə nəticələndi...

Maykl Dandrea da Qasım Süleymani kimi sui-qəsdlə öldürüldü. Əvvəlcə Taliban bu hücumu öz üzərinə götürüb. Maykl Dandreanın öldüyünü bilsəydi, Tehran da bu hücumu öz üzərinə götürərdi...

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 30 yanvar 2020-ci il

“Ayətullah” ləqəbli Maykl Dandrea, şübhəsiz ki, Amerika tarixinin ən dərin simasıdır. Əlbəttə ki, onun raketlə hərbi təyyarədə öldürüldüyünü etiraf etmək elə də asan deyil. Bu itkiyə daha çox Pentaqon və MKİ təəssüflənir...

ABŞ-İran gərginliyi ilə bağlı qəzetlərdə yazılmayan dəhşətli hadisələr baş verir. Xəbərləri qısa bir hekayə kimi oxuyub keçirik, halbuki pərdə arxasında böyük bir müharibə baş verir.

Əvvəlcə bir məsələni qeyd etməliyəm. Xəzinə və Maliyyə Naziri Berat Albayrak yenə hədəfdədir. Türkiyə dövlətinin dünya üzərində özü üçün seçdiyi mövqeyə görə ABŞ yenə Türkiyəyə qarşı maliyyə hücumu həyata keçirib və müəyyən qədər nəticə əldə edib. Bu vəziyyəti düzəltmək üçün Berat Albayrak Xəzinə və Maliyyə nazirliyinin sükanını bərk saxlamaqdadır. Başqa sözlə, Albayrak bu fırtınalı dövrə kapitanlıq edərək inflyasiya ilə mübarizə aparır.

O, davamlı olaraq tənqid edilməsinə baxmayaraq faizlərlə mübarizə apara bildiyini göstərir və hətta vaxt tapıb Davosa belə gedə bildi. Lakin yenə də tənqid olunur. Davosda bir çox insanın bilmədiyi bir görüş keçirilib. Albayrak Davosda Trampın kürəkəni Kaşnerlə görüşüb hücumu dayanfırmaq üçün bir yol axtarıb və Türkiyəyə investisiyalar cəlb etmək üçün də addımlar atıb. Kaşner bu görüşə etiraz edənləri tanıdığından Albayrakın yanına cangüdənləri ilə gəlib. Gəldiyi “Mercedes”də 5 nəfər olan Cared Kaşner arxada iki mühafizəçinin ortasında oturubmuş.

Burada çox adam bilmədən danışırdı. Halbuki Türkiyədə iş görmək həqiqətən çətindir. Vacib görüşlərdə mühüm nəticələr əldə etmisinizsə, əlbəttə ki, hədəf olacaqsınız.

2 il əvvəl bəhs etdiyim bir mövzuya yenidən qayıtmaq lazımdır. 2018-ci ilin oktyabr ayında yazdığım kimi məsələ MKİ-nin qara qutusu Maykl Dandreadır. Dandreanın İran masasına rəhbərlik etməsi yeni dövrün başlamasından xəbər verir. Bu, katolik dönəmin başlanğıcıdır. Dandrea farsca, ərəbcə və türkcə bilir. İndi isə Yaxın Şərqdə yeni bir nizam qurulacaq. Maykl Dandrea da bu sistemin memarı olacaq. Bu mövzuda mütəxəssis olan Dandrea 3 ildir Pentaqonun əmri ilə bu planı hazırlayır. Həyat yoldaşının müsəlman olması və heç kim inanmasa da, İslam seçməsi onun bölgədə güclənməsinə şərait yaradıb.

İrandakı hadisələrin gizli oyunçusu Dandreadır. Qarşıdakı dönəmdə, böyük ehtimalla, adını daha çox eşidəcəyik.

Qeyd edim ki, Dandrea Tehrandakı 2 gizli MKİ hücrəsini hərəkətə keçirmişdi. Aradan zaman keçdi və İranın bir nömrəli əsgəri Qasım Süleymani öldürüldü. ABŞ-ın Süleymaniyə sui-qəsd etməsi çox böyük bir addım idi. İranın bu sui-qəsdə cavab verə bilməməsi və bunu bütün dünyanın görməsi əməliyyatın detallarından biri idi.

Bir tərəfdən də ABŞ və İngiltərə arasındakı gərginlik tarixdəki ən yüksək həddinə çtıb. Bunu Dərin Amerika ilə Rotşild ailəsi arasındakı gərginlik kimi də başa düşə bilərik. Ağ Evin Rotşildlə heç bir problemi yoxdur. Eyni şəkildə kraliça II Elizabet də Dərin Amerika ilə heç bir problem yaşamır.

Yəni vəziyyət bundan ibarətdir. Lakin yenə də ABŞ və İngiltərə müharibə vəziyyətindədir. Qasım Süleymaninin öldürülməsindən sonra İngiltərə Liviyadan pay istəyib. Vaşinqton isə bu təklifi rədd edib. Təbii ki, İngiltərə bu vəziyyəti qəbul edə bilməyib və 2 il əvvəl qeyd etdiyim şəxsi hədəfə qoyub.

ABŞ-ın “qaranlıq şahzadəsi” Maykl Dandrea artıq İngiltərənin əhatəsindəydi. Lakin onu heç kim tanımırdı. Yaxın Şərqi idarə edən və MKİ-nin bütün imkanlarından istifadə edən Maykl Dandreanın ölüm əmri Əfqanıstanda ingilis paraşüt dəstəsi olan, lakin bütün gizli əməliyyatların mərkəzində olan “Qırmızı Beretlər”ə verilib. Bütün planlar MI6 ilə İngiltərə Baş Qərargahında xüsusi bir qrup tərəfindən qurulub və əməliyyata start verilib. Tarix də 27 yanvar olaraq təyin edilib.

Dərin Amerikanın ən önəmli silah şirkətlərindən biri olan “Northrop Grumman”a məxsus E-11A təyyarəsinin Qəznənin Deh Yak bölgəsindəki Saduxelə yaxın olduğu müəyyən edilib. Qasım Süleymani sui-qəsdini planlaşdıran Maykl Dandrea da orada olub. Bu məlumat Mİ6-nın xüsusi qüvvələri tərəfindən MKİ-nin London komandası tərəfindən təsdiqlənib. E-11A təyyarəsi və Amerika raketləri ingilis zabitləri tərəfindən vurulub.

Maykl Dandrea da Qasım Süleymani kimi sui-qəsdlə öldürüldü. Əvvəlcə Taliban bu hücumu öz üzərinə götürüb. Maykl Dandreanın öldüyünü bilsəydi, Tehran da bu hücumu öz üzərinə götürərdi.

İngiltərə Liviyanın böyük lideri olmaq istəyir. Bu istəyini dəfələrlə ABŞ-a bildirib, lakin razı sala bilməyib. Və İngiltərə Liviyanın ona verilməməsi səbəbi ilə ABŞ prezidenti Trampdan daha dəyərli bir şəxsi alıb - Maykl Dandreanı məhv edib.

Qasım Süleymaninin ardınca Dandrea da getdi

ABŞ bunun qarşılığında mütləq bir addım atacaq. Bunun nə vaxt baş verəcəyi bilinmir, lakin öz-özünə aydındır ki, bir çox önəmli ingilis nümayəndəsi öldürüləcək. Çünki Maykl Dandrea çox xüsusi bir insan idi. Onun öldürüldüyünə inanmayanlar da var. “Ayətullah” ləqəbli Maykl Dandrea, şübhəsiz ki, Amerika tarixinin ən dərin simasıdır. Əlbəttə ki, onun raketlə hərbi təyyarədə öldürüldüyünü etiraf etmək elə də asan deyil. Bu itkiyə daha çox Pentaqon və MKİ təəssüflənir.

Cina Haspelin yüksək qiymətləndirdiyi Maykl Dandreanın ölümü bütün vəziyyəti dəyişdirəcək. Əgər bunu Taliban etsəydi, Pentaqon bilərdi. Çünki Talibanın bu sui-qəsdi etmək üçün kifayət qədər gücü və zəkası yox idi. Beləliklə, London indi Vaşinqtonun ən böyük hədəfi olacaq. Əlbəttə ki, bu, dünyanın bir çox ölkəsində gərginliyə səbəb ola bilər. İngiltərəyə yalnız London üzərindən qiymət verə bilmərik. 5 qitədə yerləşən bir ölkədən söhbət gedir.

Michael Dandreanın əməlləri edam gərginliyin yüksələcəyinə işarə edir. Müharibə artıq prezidentlərə qədər gəlib çatıb.

Dandreanın təkcə MKİ agenti deyildi. Bunu hamı bilir və təbii ki, İngiltərə də bilirdi. 2020-ci ildə çox maraqlı hadisələr baş verə bilər. Ortaya qoyulan məsələ Yaxın Şərq və Afrikadır. Müharibə elə budur və heç bir ölkə bu iki güc arasındakı müharibədən kənarda qala bilməz.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar