Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir sıra məşhurun “Twitter” hesabı hakerlər tərəfindən oğurlanıb - Foto

“Twitter”də bir sıra önəmli ictimai fiqurun hesabı hakerlər tərəfindən oğurlanıb... 

Musavat.com-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, hesabı oğurlananlar arasına hazırkı ABŞ prezidenti Donald Trampın prezident seçkilərindəki ən güclü rəqibi Co Baydenin, "Amazon" şirkətinin rəhbəri Cef Bezosun, "Tesla" şirkətinin rəhbəri Elon Maskın, sabiq ABŞ prezidenti Barak Obamanın, "Maykrosoft"un qurucusu Bill Geytsin, reper Kanye Vestin, o cümlədən "Uber" və "Apple" şirkətlərinin rəsmi hesabları daxildir.

Hesabları ələ keçirən hakerlər yuxarıda adı çəkilən məşhurların izləyicilərindən bitkoin kriptokurrensiyası tələb ediblər.

Onlar, qeyd etdikləri ünvana növbəti 30 dəqiqə ərzində 1000 dollar məbləğində bitkoin göndərəcək şəxlərə 2000 dollar dəyərində bitkoin göndərəcəklərini bildirən paylaşımlar ediblər.

Qeyd edək ki, "Twitter" rəsmi olaraq bu paylaşımların silindiyini və problemin həlli yolunda çalışdıqlarını bildirib. Bu hadisədən sonra “Twitter” səhmlərinin 4 faiz aşağı düşdüyü deyilir.

Hazırkı hesablamalar onu göstərir ki, internet fırıldaqçıları yarım saat ərzində dəyəri 100000 dollardan çox olan kriptokurrensiya əldə ediblər.

pia.az 

Fotolar




Etiket: Haker


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar