Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir şəxs bir neçə dairədən namizədliyini irəli sürə bilərmi?

57 saylı Kürdəmir seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Alıyev Vüqar Poladxan oğlunun doğum tarixi (09.02.2002-ci il ) Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yenilənib...

Yenilənmiş siyahıda namizədin doğum tarixi dəyişdirilərək 10.07.1985-ci il kimi qeyd olunub.

Onun namizədliyinin Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürüldüyü qeyd edilib. Siyahıda əvvəldən 10.07.1985-ci il doğum tarixli daha bir Alıyev Vüqar Poladxan oğlu adlı namizəd də var.

Dəyişdirildikdən sonra hər iki namizədin məlumatları eynilik təşkil edir. Belə ki, hər iki namizədin doğum tarixinin eyni olması ilə yanaşı, ali təhsilli filoloq, özlərinin işsiz olduğu qeyd olunub.

Modern.az isə xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən dairələr üzrə namizəd siyahısında 09.02.2002-ci il doğum tarixli Hacızadə Nərgiz Yasir qızının 122 saylı Xankəndi seçki dairəsindən qeydə alındığı qeyd olunub.

Həmin namizədin də doğum tarixi 28.05.1991-ci il kimi dəyişdirilib.

MSK-nın təqdim etdiyi siyahıda iki dairədən namizəd olan şəxslər də var. Məsələn, Əhmədov Vüqar adlı şəxs həm 15, həm də 16 saylı dairədən namizəddir.

Seçki eksperti Akif Qurbanov Toplum.Tv-yə bildirib ki, Seçki Məcəlləsinə görə namizədliyin bir neçə dairədən irəli sürülməsi mümkündür: "Hətta şəxsin bir dairədən namizədliyini geri çəkib başqa dairədən yenidən irəli sürməsi də qanunidir. Bu, namizədin öz təşəbbüsü və ya hansısa siyasi partiya və ya siyasi blok tərəfindən də edilə bilər. Seçki Məcəlləsinin 148-ci maddəsində göstərilir ki, bir şəxsin birdən çox seçki dairəsindən namizəd kimi qeydə alınmasına isə yol verilmir. Əgər belə hal baş verərsə, namizəd qeydiyyatdan imtina haqqında ərizə verməlidir. Namizəd imtina ərizəsi vermədiyi halda, Seçki Məcəlləsinə uyğun olaraq hansı dairədə ilk olaraq qeydə alınıbsa, həmin dairədən namizədliyi saxlanılmalıdır".

Akif Qurbanov namizədin yaş məsələsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Aktiv səsvermə hüquna malik 18 yaşı tamam olmuş hər bir şəxs qanunda göstərilmiş hallar nəzərə alınmaqla namizəd ola bilər. Əgər namizədin müraciət etdiyi vaxtda 17 yaşı varsa və seçki günü 18 yaşı tamam olacaqsa, həmin şəxsin namizəd kimi qeydə alınması qanunidir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar