Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir qrup Göyçay sakini azərbaycanlı milyarderdən DİN-ə şikayət edib - İşçilərin əmək haqqlarını vermir...

30 yaxın Göyçay sakini azərbaycanlı məşhur iş adamı, milyarder, Rusiyanın sabiq senatoru Fərhad Əhmədovdan Daxili İşlər Nazirliyinə şikayət edib.

PİA.az xəbər verir ki, bu barədə şikayətçilərdən biri Nəriman Qarayev “Facebook” sosial şəbəkəsində məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

Rusiya vətəndaşı, işadamı Fərhad Əhmədovun onlarla insana qarşı sərgilədiyi əməldən DİN-ə şikayətlə əlaqədar bu gün DİN-də izahat verdim. İzahatımı alan polis nəfəri heyrətlər içərisində məni dinləyirdi.

Fərhad Əhmədovun özbaşınalıqları yazmaqla bitməz. Dəyərləri olmayan adamdan hər cür pislik gözıəmək olar. Amma bu pislik gec-tez tərəfimizdən aparılan mübarizə nəticəsində ədalətli həllini tapacaq!!!

Nəzərinizə çatdırmaq istəyirəm ki, Fərhad Əhmədov onlarla insanı malikanələrində təmir-tikinti işlərində işlədib 2 ildir pullarını vermir. Bu adam işçi haqqı qəsb edəndir”.

Fotolar

Qeyd edək ki, ötən ay bu barədə yerli mətbuatda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov Göyçayda igamətgahında çalışan şəxslərin əmək haqqlarını ödəmir.

“Biz 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus malikanədə işləmişik. Bu günə qədər zəhmət haqqımızın bir qismini ala bilməmişik. Dəfələrlə Fərhad Əhmədova və onun səlahiyyətli nümayəndələrinə yazılı və şifahi müraciətlərimizə baxmayaraq məsələ həllini tapmamış olaraq qalır. Müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli, 1 dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işləri yoxlatdırıb. Fərhad Əhmədov tərəfindən aparılmış bütün yoxlamaların nəticələri bizim lehimizə olmağına baxmayaraq cənab Əhmədov ədalətsizlik nümayiş etdirərək bizə olan borcu artıq 2 ildir ki, ödəmir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar