Cümə, 17 Sentyabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bir qrup Amerika generalı ABŞ qubernatoru ilə Bakıdan Zəngəzura gedib

ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Bu barədə Virtualaz.org Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, nazirliyin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar “Ağıllı kənd” pilot layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Rayonun 1-ci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə layihə ilə bağlı təqdimat keçirilib. Bildirilib ki, layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası, əsasən 5 komponent üzrə aparılır. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrini əhatə edir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub. “Ağıllı kənd”də evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Qubernator Stitt rəhbərlik etdiyi ştatda istehlak olunan enerjinin xeyli hissəsinin alternativ enerji mənbələri hesabına formalaşdığını deyib, layihədə alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.

Oklahoma ştatının nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin dəvəti ilə ölkəmizdə səfərdədir. Ştat qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi heyətə ABŞ Milli Qvardiyasının general mayoru, ştatın general-adyutantı Maykl Tompson, briqada generalı Con Harrison və digər rəsmi şəxslər daxildir. Nümayəndə heyəti səfər çərçivəsində Bakıda çoxsaylı görüşlər keçirib, HacıqabulQobustan rayonlarına da səfər edib. Sabah nümayəndə heyətinin Gəncə şəhərinə səfəri nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ramin Bayramlı ilə bağlı şok faktlar:  Dövlətdən nələr oğurlayıb? - Araşdırma

Samir Şərifov "fövqəlnazir" olmaq istədi, iqtisadiyyatı "tank əleyhinə mina"ya saldı və...

15 yaşlı qıza dərman verib cinsi əlaqədə oldu - Məhkəmədə evlənəcəyini dedi

Ermənistan Gorus-Qafan yolunu İran TIR-ları üçün bağladı: Hərəkət iflic olub

İranın Qarabağla bağlı PLANI üzə çıxdı: Sən demə işğal vaxtı…

“İmkan versinlər, Aİ-95 gətirim, 1 manat 25 qəpiyə satım...” - İqtisadçı

Hərbi xidmətdə olmayan şəxs dövlət qulluğunda necə çalışır?

Səhər saatlarında nazir Muxtar Babayevə görə hər gün Bakı-Sumqayıt yolunu bağlayırlar?! – Videofakt

Benzinin qiyməti qalxır... - Hökumət qiymətin artırılmasına niyə ehtiyac duyur?

İran səfiri Hikmət Hacıyevdən nə istəyib? - "Tehran Qarabağa yük daşımayacağını vəd edib, ancaq..."

Hafiz Hacıyev: “Bu qədər bahalaşma ilə hara gedirik?”

Ən çox oxunanalar