Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir mühafizəkarın göz yaşları və yaxud yakobinçi BREXİT-i durdura biləcəkmi?

Sistem hər kəsə həmişə “dəmir iradə” yüklədiyi üçün Meyin göz yaşları rəqsləri qədər qəribə şəkildə qarşılandı...

Ferhan Bayır
“Aydınlık” qəzeti, Türkiyə, 29 may 2019-cu il

Tereza Mey 3 il əvvəl siyasi-ictimai böhran içində olan İngiltərəni rifaha çatdıracaq, mübahisələrə son qoyacaq bir siyasi fiqur kimi meydana çıxarılmışdı. İngiltərə mühafizəkarının coşğun günlərini yenidən canlandırmaq üçün Mey yeni “Dəmir Ledi” kimi ictimaiyyətə təqdim olunurdu. İngiltərənin aparıcı mediası Meyi Marqaret Tetçerə bənzədirdi. Geyimindən “əsalətli” xarakterinə qədər Meydə sərt mühafizəkar mifi yaratmağa çalışırdılar.

Halbuki, 3 il sonra xaotik hala gələn BREXİT məsələsi Meyin “dəmir” kimi əsəblərini alt-üst etdi. Nəticədə, o, keçən həftə göz yaşları içində istefa verəcəyini açıqladı. Sistem hər kəsə həmişə “dəmir iradə” yüklədiyi üçün Meyin göz yaşları rəqsləri qədər qəribə şəkildə qarşılandı. İngilis imperializminin qəhrəmanlıq mifi tragikomediya ilə sonlanmış oldu.

Seçki kampaniyasında “alternativ yoxdur” şüarı ilə iqtidara gələn Tetçer tətbiq etdiyi neo-liberal siyasətlərlə ingilis xalqının qazanılmış hüquqları uğrunda mübarizə apararkən, xaricdə də İngiltərənin ənənəvi imperialist siyasətini eyni sərtlikdə davam etdirmişdi.

Gəlinən vəziyyətdə ingilis imperializmi daxildən gələn radikal müxalifətin etirazları ilə get-gedə sarsılır. Xüsusilə də, 2015-də Korbinin İngilis İşçi Partiyasının lideri olduğu zaman dediyi “başqa alternativ də var” ifadəsi artıq tez-tez işlədilir.

Meyin gözyaşları təkcə yarım əsrlik neo-liberalizmin çöküşünə deyil, həm də ingilis kapitalizminin də ölümcül krizisinə işarə edir.

İngiltərəli yakobinçi

Əsrlərdir davam etdiyi deyilən “qədim” ənənələri və “yazılmamış ali qanunlar”ı ilə cəmiyyətini müqəddəsləşdirən İngiltərə öz tarixi haqqında danışarkən hər zaman radikallardan uzaq, balanslı və sağlam düşüncəli olduğunu vurğulayıb. Bu zərif tarixçədəki tək qüsur “barbarlığın silinmədiyi pis xatirələr”dir. Hansı ki, bu xatirələr İngiltərə vətəndaş müharibəsi və inqilabı ilə əsilzadə kralları edama göndərən cani diktator Kromvelin nişanəsidir.

Korbinin İşçi Partiyasının lideri olması nəticəsində ingilis sağlam düşüncəsinin altında yatan nifrət qarşısıalınmaz bir şəkildə üzə çıxıb. Partiyanın sabiq lideri, rəhbərlik etdiyi dönəmdə əlləri İraq xalqının qanına bulaşmış Toni Bleyr Korbinin seçilməməsi üçün İngiltərəyə çağırış etmişdi. Medianın yazdığına görə Brtitaniya kəşfiyyatında və orduda Korbinin seçilməsi “milli təhlükəsizliyə qarşı təhdid” kimi qiymətləndirilib. Fələstin məsələsindəki mövqeyindən ötrü onu “yəhudi düşməni” adlandıraraq qaralamağa çalışıblar.

“İfrat solçu” Korbin kraliça qarşısında diz çökməyi rədd edərək mühafizəkarların şüuraltındakı dərin qorxunu üzə çıxarıb. Ona görə də, onu yakobinçiliyin dirilmiş canavarı kimi görüb, hədəf alıblar. Hətta hədəf alma o qədər konkretləşib ki, axırıncı dəfə sosial şəbəkələrə düşən videoda hərbi təlim keçirən ingilis əsgərləri Korbinin şəklinə doğru atəş açırdılar.

İngilis sağlam düşüncəsi Korbinə qarşı olan həssas münasibətini itirərək vəhşiləşsə də, onun vəhşiliyini tətbiq edən dəmir yumruqlar öz gözyaşlarını belə silə bilmir.

Əsrlərdir krallıqla parlamentin ortaqlığı üzərində qurulmuş siyasi rəhbərlik ilə sülh içində olan liberal və mühafizəkar partiyaların idarə etdiyi İngiltərədə Korbinin şanlı ingilis tarixində hansı “pis xatirələr”i canlandırdığını xatırlatmaq lazımdır. Çünki ingilis mühafizəkarlığının “qədim” ənənəsi qədər, canlı ingilis inqilabçı ənənəsi də Korbinin simasında yenidən üzə çıxmağa başlayıb.

Korbin və inqilabçı ənənə

İngiltərə Vətəndaş Müharibəsinin ortasında, 1647-nin dekabr ayında cənubi Londonun Putney qəsəbəsindəki Müqəddəs Meri kilsəsində ingilis tarixinin ən qızğın müzakirəsi gedirdi. Bir mənada müasir İngiltərənin necə bir yol tutacağı bu müzakirədən sonra müəyyən olunmuşdu. İnqilabçı “Yeni Model Ordu”nun 2 lideri - Kromvel və kürəkəni İreton ilə özlərini Bərabərçilər (Levellers) adlandıran müxalif zabitlərin və əsgərlərin sözçüsü Polkovnik Reynzbro arasında gedən müzakirədə inqilabın taleyi müəyyənləşdirilirdi.

İnqilabı ən aşağı təbəqədəki yoxsul, “azad doğulmuş ingilis xalqını” əhatə edəcək şəkildə aparmaq istəyən Reynzbro mübahisəni özəl mülkiyyətin qanuniliyinə qədər gətirmişdi. Bərabərçilər əvvəlcə vergi islahatı və səsvermə hüququ olan demokratik tələblərini formalaşdırarkən Kromvel və İreton bundan narahat olmuşdu. Bu fikirlər mülkiyyətlərini kraldan qorumağa çalışan, kralın parlamentlə arasındakı uzlaşmanı parlamentin lehinə yenidən qurmağa çalışan şəxslər üçün olduqca təhlükəli idi.

Kromvel aşağıdan gələn radikal dalğaya qarşı inqilabı dəstəkləyən mülkiyyətçi sinifləri itirməmək üçün ordudakı “Bərabərçilər”i kənarlaşdırmışdı. Ordudakı ən coşğulu qismin ləğv olunması ilə xalqın inqilaba verdiyi dəstək də sürətlə geri çəkilmişdi. İnqilabdakı xalq dəstəyi azaldığı üçün çətinə düşən Kromvel krallıqla uzlaşmaq istəyən mülkiyyətçi sinfin xəyanət etməməsi üçün dərhal cümhuriyyətçi simasında iqtidara əl atmışdı. “At oğruları” ilə dolu parlamentə atı ilə daxil olan Kromvel, beləliklə, inqilabın sərhədlərini faciəvi bir şəkildə müəyyənləşdirmişdi.

İngiltərə inqilabının radikal qanadı ləğv edilsə də, Reynzbronun nümayəndəliyində “Bərabərçilər”in səsləndirdiyi fikirlər o qədər güclü idi ki, Hobbs və Lok kimi filosoflar başda olmaqla, bütün ingilis siyasət fəlsəfəsi bu radikal demokratların tezislərinə meydan oxumaq üçün yazılmışdı.

Neo-liberalizmlə birlikdə get-gedə artan ictimai bərabərsizlik nəticəsində İngiltərədə əsrlərdir müqəddəsləşdirilən özəl mülkiyyətin toxunulmazlığı məsələsi yenidən müzakirəyə qoyulmuşdu. İngilis imperializmi bu gün Korbin əvəzinə, Polkovnik Reynzbronun səsinə qulaq verir. Yuxarıda qeyd edilən “milli təhlükəsizlik” siqnalı da tarixdən gələn bu güclü səsin əks-sədasıdır.

Fransa inqilabı da daxil olmaqla, Kontinental Avropadakı demokratik inqilabların əsas müzakirə mövzusu siyasi hüquq və vəzifələr idi. İngilistərədə isə 1640-cı il inqilabından 1832-ci il Çartizm işçi inqilabına qədər müzakirələrin mərkəzində hər zaman birbaşa olaraq mülkiyyət münasibətləri dayanıb. Təkcə Londondakı daşınmaz əmlakların böyük bir qisminin 17-ci əsrin ortalarından bu günə qədər bir neçə ailənin mülkiyyətində dəyişmədən qaldığını nəzərə alsaq, yüksələn dava Qərb mədəniyyətinin təməli olan özəl mülkiyyətə qədər dirənə bilər.

Bu tarixi səbəblərə görə İngiltərədə yüksələn sol müxalifət Kontinental Avropadakı sol partiyaların “mədəni” vurğularından əlavə, iqtisadi həqiqətləri də dilə gətirir. Korbinin solun əsl gündəmini, sinfi toqquşmalarını dilə gətirməsi Avropadakı ənənəvi sol partiyalara təsir etməyə başlayıb.

Qərbin kapitalist ölkələrində mərkəz sürətlə dağılarkən qətiyyətli İngiltərənin yaşaması çox önəmlidir. İngilis siyasi sistemi dünya müharibəsindən bu günə qədər olduqca müdafiəsiz qalıb. Şübhəsiz ki, Korbin və radikal hərəkatların qarşısını alan populist partiyalar önə sürülür. Özəl mülkiyyətin müqəddəsliyini qoruya bilməyən köklü, əvvəlki partiyaların yerini bir neçə aylıq populist partiyalar əvəz edir. Meyin gözyaşları ilə dağılan mühafizəkarların əvəzinə, populist “Brexit” Partiyası ilə Korbinin qarşısının nə şəkildə kəsilə biləcəyini Korbinin liderlik etdiyi ingilis xalqının qərarlılığı və sinfi şüuru müəyyən edəcək.

Bizim kimi əzilən dünya ölkələri üçün Korbinin önəmi bundan ibarətdir ki, o, indidən ingilis imperializminin “sol qolu”nu qeyri-işlək hala gətirib.

Tərcümə PİA.az-ındır.

Orijinal

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Ən çox oxunanalar