Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bir monteneqrolu Azərbaycanda 90 gün, türkiyəli 1 ay vizasız qala bilər”

“Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi xeyli yubanmış qərardır”

Ədalət partiyasının sədri İlyas İsmayılov Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv olunması barədə qərara münasibət bildirərkən belə deyib. O, ovqat.com saytına açıqlamasında bu barədə danışıb.

Türkiyə ilə viza rejiminin, nəhayət, ləğvi barədə qərarı dünən Azərbaycan Xarici İşlər Nazirliyi açıqlayıb. Qərara görə bundan sonra Azərbaycana 30 günlük gələn Türkiyə vətəndaşları üçün viza tələb olunmayacaq.

İ.İsmayılov “gecikmiş” adlandırdığı bu qərarın Rusiyanın Türkiyə üçün viza rejimini asanlaşdırmasından sonraya təsadüf etməsinə diqqəti çəkib:

“Təsəvvür edin, indiyədək Belarusa, Rusiyaya, İrana, adı dilimizə belə yatmayan Monteneqro, Bosniya və Herseqovina kimi cirtdan dövlətlərə tətbiq etdiyimiz sadələşdirilmiş viza rejimi can bir qardaşlarımıza çox görülmüşdü. Hətta hakimiyyətin dünənki qərarından sonra belə, varlığı ilə yoxluğu sezilməyən həmin dövlətçiklərin vətəndaşları Azərbaycanda türkiyəli qardaşlarımızdan daha geniş səyahət, qalmaq, gəzmək haqqına malikdirlər.

Bir monteneqrolu Azərbaycanda 90 gün, bir türkiyəli isə 1 ay vizasız qala bilər. Halbuki, başımız dərdə düşəndə gözümüzün ilk zilləndiyi ölkə Türkiyə olur. Hətta bu vaxta qədər Türkiyənin yaşıl pasportluları ortaq düşmənimiz olan Ermənistanda 120 gün qala bilərdilər. Biz isə onlara bu haqqı da tanımamışdıq. Di gəl ki, beynəlxalq təzyiqləri yumşaltmaq üçün siyasi manevrlər etməyə məcbur olan Türkiyə Ermənistanla sərhədləri açacağını bildirən kimi Ankaraya elçilər göndərib səsini başına atanlar da bunlardır”.

İ.İsmayılov belə hesab edir ki, Türkiyə ilə viza rejiminin indiyədək ləğv olunmaması Rusiyanın mövqeyilə bağlı olub: “Türkiyəyə Rusiya razı olmadığı üçün eyni imtiyazı verə bilmirdilər. İndisə Rusiya Türkiyə vətəndaşları üçün viza rejimində müəyyən güzəştə gedən kimi, bizimkilər də onu təqlid etməyə başlayıblar”. (Yeni Sabah)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ən çox oxunanalar