Cümə, 03 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bir il sonra nəşi tapılan şəhidimizin atası: “Axtarışlar zamanı o biri oğlum da minaya düşdü” - Foto, Video

Bir müddət öncə Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz İxtiyar İlqaroğlunun nəşinin tapılması ilə bağlı məlumat vermişdik. Vətən müharibəsi zamanı silahdaşları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində gedən döyüşlərdə iştirak edən İxtiyar İlqaroğlu döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhadətə yüksəlib.

Azərbaycan Ordusunun giziri İxtiyar Əliyev Vətən müharibəsi zamanı, ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Şəhidin atası İlqar Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bir ilə yaxındır oğlunun nəşinin axtarışları istiqamətində işlər gedirdi:

“İxtiyar mənim böyük oğlum idi. 1994-cü il iyul ayının 6-da Goranboy rayonunun Goranlı kəndində dünyaya gəlib. Orta təhsilini elə Goranlı kənd tam orta məktəbində aldıqdan sonra 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində xidmət edib.

2014-cü ildən sonra Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu (MAHHXHQ) kimi xidmətini davam etdirib. Vətən müharibəsi başlayandan oğlum xidmətdə olub və elə ön cəbhəyə yollanan ilk dəstələrin içərisində irəli gedib.

İxtiyar çox mərd oğul idi. O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub”.

Şəhid atası deyir ki, İxtiyar müharibənin ilk günlərində 4 güllə yarası alsa da, döyüşlərə davam edib:

“Sol ayağı, sağ əli və qabırğasından yaralanmışdı. Sosial şəbəkədə Murovdağ zirvəsində daşların üzərində yatan hərbçilərin fotosu yayılmışdı. İxtiyar o uşaqların içərisində idi. Dörd gün ac-susuz qalmışdılar. Oradan yaralı olaraq oktyabrın 1-də Ballıqaya istiqamətinə gediblər. Sonra onlara kömək gəlib və yaralılarla birgə İxtiyar da oktyabrın 1-dən 4-nə kimi hospitalda müalicə alıb.

Oktyabrın 4-də yanına getdim, nə qədər danışdım, yaralı olduğunu dedim, məni eşitmədi. Müharibə başlamazdan 9 ay əvvəl evləndirmişdik. Dedim ki, ailən gözləyir, gəl, qayıt, yaralısan. Mənə dedi ki, “Vətən dardadı, ata, nə ailə? O murdarları təmizləmək lazımdır”. Oğlum elə Vətən üçün doğulmuşdu, Vətən yolunda da şəhid oldu. Bir ildən sonra bu il oktyabrın 6-da oğlumun nəşi tapıldı. Oktyabrın 14-də isə doğulduğu kənddə dəfn edildi”.

İxtiyar İlqaroğlunun nəşinin axtarışlarında hərbçi qardaşı Bəxtiyar İlqaroğlu da iştirak edib. Şəhid atası deyir ki, aidiyyəti qurumlarla birlikdə qardaşını axtaran kiçik oğlu da minaya düşüb:

“Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm, qaziyəm. Kiçik oğlum Bəxtiyar İlqaroğlu 1995-ci ildə anadan olub. O da Dövlət Sərhəd Qoşunlarında xidmət edib. Qardaşının axtarışları zamanı bu ilin aprel ayının 6-da minaya düşərək xəsarət alıb. Aldığı xəsarətlərdən onun sağ ayağı amputasiya edilib. Ondan sonra xidmətdən tərxis olunub”.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Zaur Əliyev özünə 200 min manatlıq xidməti avtomobil aldı - Foto

Azərbaycanda dəhşətli hadisə: Polis ailəsi ilə birgə yanaraq öldü

Piyadanı vurub öldürən "AA" seriyalı avtomobil hansı quruma məxsusdur? - Yenilənib

Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb

"Ermənistan ordusundan götürülən texnikalar Azərbaycan Ordusunun istifadəsinə verilib"

Əli Kərimlinin növbəti ifşası Real TV-də Saleh Rüstəmlinin dilindən səsləndirilib - Video

İcra hakimiyyətləri ləğv olunacaq? – 14 icra başçısı ola bilər

İranda bitməyən sosial etirazlar - Molla rejimi hansı səbəbdən kütləvi etirazları asanlıqla yatıra bilir?

Xalid Niyazov: “Ramiz Mehdiyev elə bilir AMEA buna dədəsindən miras qalıb”

Qaydalar dəyişdi: Azərbaycanda avtomobilləri daha nəğd pula alıb-satmaq mümkün olmayacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay