Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir icra başçısının inanılmaz sərvəti - Tofiq İbrahimovun nələri var?..

Doğrudanmı bir icra başçısının bu qədər sərvəti ola bilər? Və bütün icra baçılarının bu qədər sərvəti varmı?..

Bu məktubu oxuduqdan sonra belə qənaətə gəlmək olur ki, Ağdaş rayonu bütövlükdə Tofiq İbrahimovun rifahı üçün çalışır...

Azərbaycanda irili xırdalı məmurların heç bir qanunu əsasa dayanmayan böyük sərvətlərə sahib olması heç kimə sirr deyil. Bu pulların xalqın sosial rifahından oğurlanmış dövlət vəsaitlərinin olduğu da hər kəsə bəllidir və bunun üçün sübuta, fakta belə ehtiyac yoxdur. Çünki sübut və faktdan söhbət gedirsə, öncə bu xalqın sosial rifahını oğurlayıb özlərinə cah-cılal və milyonlar qazanalar sərvətlərinin hardan olmasını sübut etməlidirlər və qanunlar da bunu tələb edir. Lakin bildiyimiz kimi bütün bu söylənənlər və məmurların sərvətlərini hesablamaq mənasızdır. Çünki hər nə qədər yazılsa da, hər nə qədər deyilsə də, məmur bizim insanların rifahını oğurlamaqda, talan etməkdə davam edir. Bizə isə ancaq baş ağrıtmaq qalır. Yəni “çax-çax baş ağrıdır, dəyirman öz işindədir” misalı...

Amma Ağdaş rayonundan bir qrup insanın PİA.az-a ünvanladığı məktubu oxuduqdan sonra açığı çaşdıq. Doğrudanmı bir icra başçısının bu qədər sərvəti ola bilər? Və bütün icra baçılarının bu qədər sərvəti varmı? Əgər varsa, onda vay bizim halımıza...

Uzağa getmədən Ağdaşdan elektron poçtumuza ünvanlanan şikayət məktubunu olduğu kimi təqdim edirik:

“İcra başçısının zülmündən cana yığılmış Ağdaş rayon sakinləri tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Tofiq İbrahimov icra başçısı təyin olunduqdan sonra rayon sakinlərinin günü göy əskiyə bükülüb. Var-dövlət toplamaqdan gözü doymayan bu qoca icra başçıs Ağdaşa başçı təyin olunduqdan sonra sərvəti artmış sayı- hesabı bilinmir. Buna baxmataraq bu qoca icra başçısının gözü doymaq bilmir. Nəticədə də zəhmətkeş ağdaşlılar zülm-əziyyət çəkirlər. Tofiq İbrahimovun başı ancaq var-dövlət yığmağa, biznes qurmağa qarşıdığı üçün rayon baxımsız qalıb.

Rayonun o kəndi olmasın ki, Tofiq İbrahimov torpaq sahələrinə əl qoymasın.Örüş yerləri zəbt olunub qanunsuz olarq əkin işləri aparılıb. Hansı ki, qanuna əsasən örüş yerlərini təyinatı dəyişmədən əkmək olmaz.

Ağdaş rayon icra hakimiyyəti başçısı Tofiq İbrahimovun qanunsuz yolla əldə etdiyi sərvətləri bunlardır:

- Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi;

həmin kənddə 10 hekrat meyvə bağı;

Şor Dəhnə kəndində 31 hektar meyvə bağı;

Şəmsabad kəndində 200 hektar yonca sahəsi;

Tofiqi kəndində 250 hektar arpa sahəsi, balıq gölləri;

Mürsəl kəndində 200 hektar çəltik sahəsi;
Türyançayın Ağdaş ərazindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası;

Rayonun Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı;

Rayon mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd böyük yük avtomobilləri;

Ağdaş şəhərində 2 yerdə möhtəşəm villası;

Bakı şəhərində 21 yerdə villa və mənzillər;

Qəbələ rayonunda isə 3 villası, 1 şadlıq evi, 3 restoranı, 1 Yanacaq Doldurma Məntəqəsi, 2 İstirahət güşəsi, 100 hektar fındıq bağları,

Londonda övladlarının adına sənədləşdilimiş mülkləri;

Türkiyədə otel, villaları və mənzilləri...

Tofiq İbrahimov qeyri qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olsada rayonda sahibkarlara, fermerlərə qənim kəsilib. Onlara haqq kəsib verməyən sərt şəkildə cəzalandırılır.

Hansı kənddə Tofiq İbrahimova məxsus ferma, əkin sahəsi və bağlar varsa həmin kəndlərin camaatı zəlil olub.Su üzünə, örüş üzünə həsrət qalıblar.Kənd sakinlərinə verilən suvarma suyu ancaq onun sahələrinə aparılır.Örüş yerləri zəbt olunub deyə mal-qaramız örüşsüz qalıb.

Ağdaşda bələdiyyələrin, icra nümayəndələrinin və idarə müdirlərinin işi ancaq Tofiq İbrahimovun biznesini idarə etmək, ona haqq yığmadır.

Ağdaş rayon sakinləri Tofiq İbrahimova kimi yaxşı dolanırdı, kəndlilər təsərrüfatlardan gəlir götürürdü, sahibkarlar düzgün pul qazanırdılar. Tofiq İbrahimov öz korrupsiya əməlləri ilə Ağdaş camaatının başına böyük bir qara daş salıb. Rayon sakinləri sanki tamaşaya baxırmış kimi bu hoqqabaz başçının at oynatmasına baxırıq. Gözləyirik ki, bu qoca biznesmen, talançı başçının gözü nə vaxt doyacaq.Ancaq görünən odur ki, Tofiq İbrahimov qocaldıqca dünya malına hərisliyi dahada artmaqdadır.

Hörmətli prezidentimiz İlham Əliyevdən xahiş edirik bu biznesmen, talançı icra başçısının qara əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görsün. Vallah Tofiq İbarhimovun bu ağılı və savadı ilə ondan heç fermaya çoban da olmaz.

İmza: Ağdaş rayon sakinləri

1.Əliyev Fazil Sabir oğlu
2.Qarayev Vüqar Tələt oğlu
3.Bəxtiyarov Elşən Nemət oğlu
4.Quliyeva Bahar Nəsib qızı
5.Kamilov Böyükağa Bilal oğlu
6.Osmanova Gülna Kərəm qızı
7.Nəbiyev Solmaz Xəlil qızı
8.Babayeva Sevil Cümşüd qızı
9.Umudov Böyükxanım Məmməd qəzə
10.Əliyev Həsən Hüseyn oğlu
11.Adıgözəlov Nəriman Mirzə oğlu
12.İbrahimov Seyfi Tehran oğlu
13. Əliyev Yaqub Məlik oğlu
14.Musayev Mirsəfa Niyazı oğlu”

Yəqin ki, bir icra başçısının bu qədər sərvətə sahib olmalarına oxucularımız da çaşqın qaldılar. Bu məktubu oxuduqdan sonra belə qənaətə gəlmək olur ki, Ağdaş rayonu bütövlükdə Tofiq İbrahimovun rifahı üçün çalışır...

Bir ölkədə bir icra başçısının özünə bu qədər sərvət toplaması mümkündürsə və həmin başçının istismar rəmzinə çevrilməsi də təbiidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar