Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir dönəmin sonu - Yeni dünyada Qərbin neoliberal liderlərinə yer yoxdur...

Kapitalizm üstündəki bu vəhşi neoliberal yükdən qurtulduqdan sonra əhliləşərək bir müddət daha yaşaya bilər...

Ali Rıza Taşdelen

“Aydınlık” qəzeti, Türkiyə, 13 aprel 2020-ci il

Hələ koronavirus pandemiyasından uzun müddət əvvəl yeni bir dünyanın yarandığı, Atlantik cəbhəsinin dağılma ərəfəsində olduğu, lakin istehsalın, bəşəriyyətin və ortaqlığın mərkəzi olan Asiya Dövrünün başlandığı barədə müzakirələr başlamışdı.

Bu gün milyonlarla insan can verir və on minlərlə insan da ABŞ imperializminin qloballaşma oyunundan əziyyət çəkir.

Bu gün Covid-19 pandemiyası təkcə can almır, həm də yaralı vəziyyətdə olan neoliberal sistemi dərindən sarsıdır.

İmperialist / kapitalist ölkələrin iqtisadiyyatlatı durğunlaşır, kiçilir və sürətlə dağılmağa doğru gedir. Son 15 ildir bəşəriyyət bu qlobal imperialist sistemin neoliberal siyasətlərinin iflasa uğramasından danışır. 2000-ci illərdə bu sistemin hücumuna məruz qalan sosial təhlükəsizlik və səhiyyə sektoruna qarşı üsyanlar Avropanın paytaxtlarını sarsıdarkən 2008-ci ildə bütün sistemi bürüyən maliyyə böhranı baş verdi. Bu, bütün dünya iqtisadiyyatlarına təsir etmiş, lakin ən böyük zərbə Qərb ölkələrinə dəymişdi.

2008-ci il böhranı bir dönəmin sonu idi

Fransa prezidentlərindən biri olan Nikola Sarkozini çoxumuz xatırlayırıq. Atlantikin Avropadakı bir nömrəli adamı və neoliberalizmin çempionu olan və Fransanı ABŞ-ın motoruna qoşan Sarkozidən söhbət gedir. 2008-ci il böhranı başlayanda Sarkozi hələ cəmi 4 aydır vəzifəyə keçmiş yeni prezident idi. O, böhrandan 1 il sonra, 2009-cu ilin avqustunda Səfirlər Konfransında maraqlı bir çıxış etmişdi. Sarkozi ABŞ-ın “Lehman Brothers” bankının batmasına laqeyd yanaşmasını tənqid edərək böhranın nəticələrini bir-bir sadalamış, uğurlu qloballaşmanın artıq başa çatdığını və bir dövrün bitdiyini qeyd etmişdi. Həmin çıxış uzun olsa da, bir hissəsinə nəzər salaq:

“O gün bütün dünya maliyyə oyunçularının məsuliyyətsiz davrandığını və sürətli qazancın cazibəsi qarşısında zəifləyərək ciddi problemlərə səbəb olduğunu qeyd etdi.

O gün bütün dünya spekulyasiyalara və maliyyə mərkəzləri arasındakı rəqabətə əsaslanan kapitalizmin real iqtisadiyyatı ölümlə təhdid etdiyini gördü.



O gün bazar iqtisadiyyatı oyunçularının çöküşdən əvvəl öz qanunlarını tətbiq etdiyi, hər şeyin spekulyasiya məsələsinə çevrildiyi və bazar dəyərləri kimi kimi yağ və buğda qiymətlərinin də bir neçə ay ərzində 2 və ya 3 dəfə arta biləcəyi bir qloballaşmanın sonu oldu.

Bu gün dövlətlər öz məsuliyyətləri qarşısında tamamilə tək qalıblar. Halbuki ancaq dövlətlər çaxnaşmanı dayandırıb, inamı və etibarı yenidən bərpa edə bilərdilər. Böhran bir dövrün sonu demək idi”.

Bu böhran ABŞ-ın, qloballaşmanın və neoliberalizmin böhranı idi. Böhranın yükünü isə əməkçi insanların üstünə atdılar. Bu yük pis gündə olan pensiya, təhsil və səhiyyə sistemi ilə üz-üzə dayanan, çörəyi azalan, sosial hüquqları tapdanan işçilərin üstündə qaldı.

Böhrandan çıxmaq üçünsə bir hegemoniya siyasəti apardılar. Sarkozi ilə başlayan Liviya və Suriya hücumlar Yaxın Şərqi silkələdi və növbəti prezident Hollandın Afrika ölkələrini də siyahıya əlavə etməsi ilə imperialist hücumlar davam etdirildi. İkisinin qarışığı olan Emmanuel Makron isə neoliberal siyasətlərdə israr edirdi. Bu zaman da “Sarı Jiletlilər” artıq bu yükü daşıya bilməyən Fransanın aşağı təbəqəsinin qabaqcıl gücünə çevrildi və Makron hakimiyyətinə baş qaldırdı. Bundan sonra da həmkarlar ittifaqları pensiya islahatları əleyhinə hərəkata və ümumi tətillərə başladılar.

Belə bir sərt iqlim şəraitində isə bir tərəfdən də koronavirus pandemiyası başlayıb. Problem indadır ki, bu pandemiya ilə mübarizə aparacaq bütün vasitələr köhnəlmiş, ehtiyatlar ərimiş və işçilərin sayı azaldılmışdı.

Pandemiyadan sonra Qərb ölkələri

Fransız nazirlərindən biri “Le Parisien” qəzetinə Makronun pandemiya sonrası üçün hazırlıqlar etdiyini, bunun üçün bir qrup yaratdığını, bu komandanın Makronun koronadan sonra söyləyəcəyi nitqin mətnini hazırladığını və bu çıxışın Fransanın Milli günü olan 14 iyulda ediləcəyini bildirib.

“Le Parisien” qəzetinə görə, Prezident bu nitqi ilə küçəyə çıxmaq qadağasının bitdiyini və yeni bir dövrün başlandığını elan edəcək. Çıxışa bu tezislər daxildir: “Rifah dövlətinin və iqtisadiyyatın qorunması, sosial bərabərsizliyə qarşı mübarizə, alıcılıq qabiliyyətinin artırılması, ekoloji “Yaşıl Müqavilə”nin bağlanması, səhiyyə sisteminin təcili şəkildə müasirləşdirilməsi və “varlıların rəhbəri” şablonundan xilas olmaq!”

Bütün bu tezislər lap Sarkozinin 2009-cu ildəki nitqinə bənzəyir.

Əksəriyyət pandemiyadan sonra çox fərqli bir dünyanın meydana gələcəyini düşünür. Ancaq Qərbin yeni bir sosial quruluşa çevriləcəyini və bu çevrilməni də Makron, Merkel və Tramp kimi neoliberalizmin nümayəndələrindən gözləmək sadəlövhlük olar.

Ancaq qeyd etmək lazımdır ki, yeni dövrdə dövlət və ictimai xidmətlər ciddi şəkildə inkişaf edəcək və bu da neoliberal liderlərin lütfü ilə deyil, xalqın mübarizəsi nəticəsində ərsəyə gələcək. Kapitalizm üstündəki bu vəhşi neoliberal yükdən qurtulduqdan sonra əhliləşərək bir müddət daha yaşaya bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar