Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir ay əvvəl yaranan şirkət 158 minlik tender uddu

Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Branso Lıne” MMC (VÖEN: 1007413661) olub.

Memarlıq və İnşaat Universiteti təsərrüfat və elekrik mallarının alınması üçün “Branso Lıne” MMC-yə 96 min 794 manat 50 qəpik ödəyəcək.

Məlumat üçün qeyd edək ki, 97 min manatlıq tenderin qalibi olan “Branso Lıne” MMC müsabiqə elanından (04.03.2022) təxminən bir ay əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri Binəqədi rayonu, 28 may Ə/V, Asif Məhərrəmov ev. 21, m. 45”-də yerləşir. “Branso Lıne” MMC-nin qanuni təmsilçisi Abdullayeva Elvira Vaqif qızıdır.

Onu da bildirək ki, “Branso Lıne” MMC ötən ay Memarlıq və İnşaat Universiteti və AMEA-nın Fizika İnstitutu tərəfindən keçirilən daha 2 tender müsabiqəsinin qalibi olub. Adları qeyd olunan qurumlara ümumilikdə 61 min 803 manatlıq mətbəə məhsulları satılıb.

Heç bir təcrübəsi olmadığı halda qısa müddətdə 2 təhsil ocağına ümumilikdə 158 min manatlıq məhsul satan şirkətlə bağlı maraqlı məqamlardan biri də odur ki, son dövrlərdə “Branso Lıne” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda bir-neçə şirkət də qeydiyyata alınıb.

Bakı şəhəri Binəqədi rayonu, 28 may Ə/V, Asif Məhərrəmov ev. 21, m. 45”-də ünvanında dövlət qeydiyyatına alınan şirkətlərin bəziləri bunlar olub:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar