Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bill Geytsin hansı təxminləri həyata keçib?

O, 20 il öncə bunların olacağını təxmin edib 

Microsoftun qurucusu və dünyanın ən varlı insanlarından olan Bill Geytsin 1999-cu ildə yazdığı "Düşüncə sürətindəki iş” adlı kitabında irəli sürdüyü təxminlərin demək olar ki, hamısı təəccüblü şəkildə həyata keçirilib.

Türkiyə mətbuatı bu təxminləri təqdim edir.

1.Avtomatik qiymət qarşılaşdırma sistemi

Geyts 1999-cu ildə avtomatik qiymət qarşılaşdırma texnologiyası barədə danışıb. Bu gün isə Google, Amazon, NexTag və ya PriceGabber saytlarda çox asan şəkildə istifadə olunur.

Mobil cihazlar
Bill Geytsin “İnsanlar harda olurlarsa olsunlar kiçik cihazları ilə işlərini idarə edə biləcək, uçuşlarına nəzarət edəcək, xəbər oxuya biləcək və finans bazarını təqib edəcək” yazmışdı. Və budur, bu kiçik cihazlar – telefonlar çoxdan cibimizdə, həyatımızın ən mühüm hissəsini təşkil edir.

İnternet üzərindən mühasibat və səhhət hesabları idarə oluna biləcək.
İnternet üzərindən həkim seçilməsi və ya görüş alınması səhiyyə problemini “bir tık” qədər azaldıb deyə bilərik.

Şəxsi assistentlər
B.Geyts kitabında eyni zamanda yazmışdı ki, “emaillərinizə sizin üçün nəzarət edəcək, istədiyiniz məlumatı sizə verəcək, hazırlamaq istədiyiniz yemək üçün sizə “alınacaqlar” siyahısı hazırlayacaq varlıqlar olacaq”. Bu isə “şəxsi assistentlər”in son illərdə Google layihələrindən biri olduğunu üzə çıxardı.

Bundan başqa, "Nest" kimi ağıllı cihazlar sizin gündəlik işlərinizi qeydiyyat altına almaqdan tutmuş, evin temperaturunu ayarlamağa qədər bir çox funksiyaları yerinə yetirir. Google Home-un yaratdığı səsli texnologiya ilə “eviniz” sizə emaillərinizi oxuya bilir.

Sosial media
Bill Geyts təxmini: Veb saytlar, ailə və dostlarınızla danışıqlar və tədbirlər planlaşdırmanızı təmin edəcək. Xalqlar və ölkələr təhlükəsizlikdən şəhər planlaşmasına qədər bir çox mövzularda internet vasitəsilə müzakirələrə girə biləcək.

Və reallıq: Üzvlərinin sayı 2 milyarda çatan Facebook və İnstaqram, WhatsApp, Messenger və digər sosial şəbəkələr, ünsiyyət vasitələri. Bunların köməyi ilə həmin o müzakirələr həyata keçirilir.

Avtomatik tətil reklamları
Microsoft qurucusu kitabında avtomatik tətil reklamları haqda da yazıb: “Bir tətil rezervasiyası hazırladığınız zaman gedəcəyiniz bölgədəki digər tədbir və endirim təkliflərinə də çatımlı ola bilərsiz”.

Və reallıq. Hazırda insanlar qalacağı otelləri də, uçuşlarını gerçəkləşdirəcəkləri biletlərini də öncədən, rezervasiya ilə seçirlər. Və bu, bir çox saytlarda elan kimi qarşımıza çıxır.

Ağıllı reklamlar
Cihazlar sizin satın alma vərdişlərinizi bilib, ona uyğun olaraq sizə reklam göstərəcək – Bəli, bunu da Geyts deyib. Ona qarşılıq olaraq, başda Google və Facebook olmaqla hər yerdə qarşısımıza reklamlar çıxır və biz bir çox hallarda onlardan bezirik.

Məhsul yerləşdirmə
Televizorda serial və maç izlədiyiniz və ya Twitter'də "scroll doun"la məşğul olanda, Instagramda şəkil paylaşanda, baxdığın ekranın bir məhsula və ya bir sayta yönləndirilməsi olduqca normal bir hal sayılır.

Online iş tapmaq qurumları
Bill Geyts 1999-cu ildə yazdığı kitabında "İnsanlar sadəcə maraq dairələrini, mütəxəssisliklərini və ehtiyaclarını açıqlayaraq iş fürsətləri tapa biləcəklər" yazıb. Onun haqqında danışdığı nəsnə isə dünyanın ən böyük professional şəbəkəsi Linkedindir. (musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar