Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bill Geyts yeni ağlasığmaz layihəyə imza atdı

“Microsoft” şirkətinin prezidenti Bill Geyts yeni layihəni təqdim edib

Çinin Şanxay şəhərində ağıllı unitazların təqdimatı keçirilib. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, amerikalı milyarder, “Microsoft” şirkətinin prezidenti Bill Geyts Çində 200 milyon dollar dəyərində olan ağıllı unitaz layihəsini maliyyələşdirib. Layihənin təqdimatı ilə əlaqədar olaraq “Reuters” xəbər agentliyinə danışan Bill Geyts bu tualetlərin insan ifrazatını gübrəyə çevirə bildiyini açıqlayıb:

“Kanalizasiyaya ehtiyac olmadan, kimyəvi maddələri əlavə etməklə bu unitazlar vasitəsi ilə insan ifrazatını gübrəyə çevirmək mümkün olacaq. Ağıllı unitazların müxtəlif çeşidləri olsa da, onların hər biri sidik və nəcisi ayırmaq üstünlüyünə malikdir. Qlobal fəaliyyət və azad ticarət sistemi bu tip unitazların hazırlanmasına geniş şərait yaradır”. Geyts bildirib ki, hazırlanan bu unitazların komponentlərinin bir hissəsi Tailand, Çin, digər hissəsi isə ABŞ istehsalıdır.

“Microsoft” rəhbəri Çin rəhbəri Tsi Tszinpinin son açıqlamalarından sitat gətirib. “Çin prezidenti 2020-ci ilədək ölkədə turizmin inkişafı üçün 64 min ictimai unitazın istehsalına ehtiyac olduğunu bildirib. Çin prezidenti də bu işdə dəstəyini nümayiş etdirəcək” — deyə Geyts əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar