Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bilirsiniz Prezident niyə söyülür?

Bilib, bilmədikləriniz...

Bilirsiniz Prezident niyə söyülür?
İmkan vermirsiniz insanların problemlərini KİV-lər işıqlandırsın!

Bilirsiniz Prezident niyə söyülür?
Siz insanların haqqını yeyirsiniz!

Bilirsiniz Prezident niyə söyülür?
Siz adamları dinləmirsiniz!

Bilirsiniz Prezident niyə söyülür?
Siz adamları ələ salırsınız!

Bilirsiniz Prezident niyə söyülür?
Siz şəxsiyyət sındırırsınız!

Bilirsiniz Prezident niyə söyülür?
Bir çoxunuz izzəti-nəfsi kimi, pul nəfsinə də hakim ola bilmir!

Bilirsiniz Prezindent niyə söyülür?
Siz ancaq qazanmaq istəyirsiniz, işləmək yox!

Bilirsiniz Prezident niyə söyülür?
Siz ona qorxudan nə düzünü deyə bilir, nə də təklifdə bulunursunuz!

Bilirsiniz Prezident niyə söyülür?
Siz dövlətçi, millətçi deyilsiniz!

Bilirsiniz Prezident niyə söyülür?
Klanlarınız adamları bezdirib!

Bilirsiniz Prezident niyə söyülür?
Ölkədə bütün sahələr inhisardadır, "krışasız", "şapkasız" mümkün deyil. Mümkün olanları da elə sistemləşdirmisiniz ki, insanlar bezir!

Bilirsiniz Prezident niyə söyülür?
İnsanlar daha yaşaya bilmir, boğulur!

Bilirsiniz Prezident niyə söyülür?
Sizin nə ona, nə də millətə sevginiz, sədaqətiniz yoxdur!

Bilirsiniz Prezident niyə söyülür?
Siz yemək yediyiniz qaba tüpürürsünüz!

Bilirsiniz Prezident niyə söyülür?
Siz varsınız deyə!

Bilirsiniz Prezident niyə söyülür?
Siz sədaqətli deyilisiniz!

Bilirsiniz Prezident niyə söyülür?
Siz onu qorumursunuz deyə!

Yəni ki, nə qədər bir çoxunuz yuxarılarda varsınız, nə qədər mühacir deyilən mediadan mövzular alınıb böyük efirlərə daşınmayıb, nə qədər ki, seçilmiş, mediatik simalar, söz sahibi olanlar, arxa plandadır, mənzərə dəyişməyəcək.

Siz bu ölkənin də, o liderin hakimiyyətinin də "fərmanını verəcəksiniz"!

Bizə sizsiz və söyüşsüz ölkə lazım. Dövlət qədər parası olanlar, klanlar, kriminal ünsürlər, korrupsionerlər, rüşvətxorlar. Bizə aydın Azərbaycan lazım!..

Jalə Mütəllimova (dominant.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Dövləti və Prezidenti söydürən dörd eks kimdir?!..

Başsız medianın yeni sahibləri: Keçid dövrü jurnalistləri

Ən çox oxunanalar